Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1677

Azərbaycan stendində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə görüş keçirilib

İstanbulda keçirilən 37-ci Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və yayımlar baş idarəsinin müdir müavini Demət Koç və Nazirliyin Sərgilər şöbəsinin müdiri Şulə Aygün arasında görüş keçirilib.

Görüş zamanı Aslan Cəfərov Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən "Azərbaycan Kitabının Dünyada Tanıdılması" layihəsi barədə türkiyəli həmkarlarına məlumat verib. Bildirib ki, bu layihə çərçivəsində artıq 36 adda Azərbaycan ədəbiyyatı türk dilinə çevrilərək qardaş ölkənin oxucularına təqdim edilib. Sərgi müddətində Azərbaycan bölməsini ziyarət edən türkiyəli oxucuların ən çox soruşduqları kitablar da qısa zamanda türk dilinə çevrilərək onların ixtiyarına veriləcəkdir. 
Layihə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən də maraqla qarşılanıb. Daha sonra həmkarlar arasında sözügedən kitabların Türkiyədə daha geniş yayılması məsələsi də müzakirə edilib.

Görüşdə, həmçinin 2019-cu ildə Bakıda keçiriləcək Beynəlxalq Kitab Sərgisinə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi vasitəsilə Azərbaycanda daha çox tanınan bir neçə türk nəşriyyatın iştirakının təmin edilməsi məqsədilə də danışıqlar aparılıb.

Nəzərinizə çatdırırıq ki, 37-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin ölkələrarası bölməsinin fəaliyyəti bu gün başa çatacaqdır.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb