07.12.2018 02:51
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbirlər çərçivəsində 7 dekabr 2018-ci il tarixində 229 saylı məktəbin şagirdləri üçün Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100 illiyinə həsr olunmuş “Parlament” adlı Açıq dərs keçirildi.
Açıq dərsdə məktəblilər üçün muzeyin baş elmi işçisi Fəxriyyə Əliyeva, elmi işçi Sufayi Məmmədova və bələdçi Arzu Axundova parlament tarixindən, AXC parlamentinin və Müstəqil Azərbaycanın parlamentinin yaranması və fəaliyyəti haqqında mühazirə oxudular. Açıq dərsdə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə həsr olunmuş video çarx nümayiş etdirildi.
Açıq dərsin sonunda məktəblilər muzeyin ekspozisiyası ilə yaxından tanış oldular.