Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
533

Azərbaycan Turizm Şurasının növbəti iclası keçirildi

2016-cı ilin sonunda yaradılan Azərbaycan Turizm Şurasının işi uğurla davam edir. Şura bu vaxtadək müxtəlif istiqamət üzrə 145 qərar qəbul edib,  bu qərarlardan 107-si tam olaraq icra edilib.

Bu sözləri Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aprelin 6-da Bakı Biznes Mərkəzində Turizm Şurasının yeddinci iclasında dedi.

İclasda ölkəmizdə səfərdə olan BMT-nin Dünya Turizm Təşkilatının (DTT) baş katibi Zurab Pololikaşvili də iştirak edirdi.

Ölkəmizdə turizmin qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu deyən nazir, bu sahənin milli iqtisadiyyatın inkişafı üzrə Strateji Yol Xəritəsində mühüm yer tutduğunu diqqətə çatdıraraq, ötən illər ərzində görülən işlərdən danışdı.

Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”də qurumun qarşısında qoyulan məsələlərdən söz açan nazir bildirdi ki, qurumun yaradılmasında əsas məqsəd Azərbaycanda bu sahədə mövcud vəziyyətin təhlil edilməsi, problemlərin aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsidir.

Əbülfəs Qarayev gündəlikdə duran məsələləri diqqətə çatdırdıqdan sonra ötən ilin turizm yekunları haqqında məlumat verdi. Bildirdi ki, 2017-ci ilin turizm göstəriciləri olduqca ürəkaçandır. Həmçinin Milli Turizm Təbliğat Bürosu, qısa zamanda yaradılmasına baxmayaraq, uğurla fəaliyyət göstərir. Ötən müddət ərzində Büro tərəfindən turizmin təbliği istiqamətində mühüm layihələr həyata keçirilib. Qeyd olundu ki, bu il Novruz bayramı günlərində paytaxtın Fəvvarələr meydanında təşkil edilən tədbirlərə ümumilikdə bir milyondan çox insan qatılıb.

Əbülfəs Qarayev vurğuladı ki, ötən il ölkəmizə gələn turistlərin sayı 20 faiz artaraq 2 milyon 691 min 998 nəfər təşkil edib. Azərbaycana səfər edən xarici vətəndaşları arasında ilk sıralarda Rusiya (853 min nəfər), Gürcüstan (537 min), İran (362 mindən çox ), Türkiyə (300 mindən çox), Birləşmiş Ərəb Əmirlikləri (100 mindən çox) vətəndaşlarıdır. Sonrakı yerləri Ukrayna, İraq, Səudiyyə Ərəbistanı və digər ölkələr bölüşür. Ötən il ölkəmizə gələn xarici qonaqların bank xərcləri üzrə əməliyyatları 1 milyard manatdan çox olub. Nağdsız ödəmələrin sayı 70 faiz artıb.

Nazir 2018-ci ilin ilk üç ayında Azərbaycana gələn xarici qonaqların sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz artdığını da diqqətə çatdırdı. Bildirdi ki, Novruz bayramı günlərində təkcə qonşu İrandan ölkəmizə 71 min nəfər turist gəlib.

Qeyd olundu ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası istiqamətində Turizm Şurasının müvafiq işçi qrupları da fəaliyyətlərini davam etdirir, bu sahədə qarşıya çıxan məsələlər operativ şəkildə həllini tapır.

Ölkəmizin turizm sənayesinin dünya turizminin tərkib hissəsi olduğunu deyən Əbülfəs Qarayev bildirdi ki, Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarda uğurla təmsil edilir. Prezident İlham Əliyevin turizm sahəsinə diqqət və qayğısı beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilir.

Dünya Turizm Təşkilatının (DTT) baş katibi Zurab Pololikaşvili tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycanın böyük turizm potensialı var: "Sevindirici haldır ki, Prezident İlham Əliyev qeyri-neft sektorunun prioritet istiqaməti kimi turizm sənayesinin inkişafına xüsusi diqqət göstərir. Mən səfərim çərçivəsində çoxlu görüşlər keçirdim, tədbirlərdə iştirak etdim. Gördüklərim onu deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə dünya turizm sənayesində özünəməxsus yer tutacaq".

Dünya dövlətlərinin turizm sənayesinin inkişafı üçün qarışlıqlı əlaqələrinin vacibliyini vurğulayan Zurab Pololikaşvili ölkəmizin də bu əməkdaşlıqda fəal olduğunu bildirdi. O, Turizm Şurasının yaradılmasını yüksək qiymətləndirdi, quruma gələcək fəaliyyətində uğurlar arzuladı.

Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Sağlamlıq turizm üzrə İşçi qrupun rəhbəri Vüqar Şixəmmədov qrupun gördüyü işlər barədə Şuranın üzvlərinə məlumat verdi. Bildirdi ki, ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsinə Strateji Yol Xəritəsində də xüsusi yer ayrılıb. Sənədin müvafiq bəndlərinin icrası üçün Turizm Şurası tərkibində Sağlamlıq turizmi üzrə İşçi qrup (eləcə də Naftalan üzrə neft-tədqiqat qrupu) yaradılıb. Şuranın qərarına əsasən, qrupun Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın akademik Yusuf Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun, akademik A.Qarayev adına Fiziologiya İnstitutunun, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Səhmdar Cəmiyyətinin, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, Sahibkarlığa Kömək Milli Fondunun, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Naftalan Şəhər İcra Hakimiyyətinin, Milli Turizm Təbliğat Bürosunun və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının nümayəndələrindən ibarət tərkibi təsdiq olunub. Ötən dövr ərzində qrupun iclasları keçirilib. Ölkəmizdə sağlamlıq turizminin texniki iqtisadi araşdırılmasının aparılmasının vacibliyini vurğulayan Vüqar Şixəmmədov qeyd etdi ki, beynəlxalq sertifikatların əldə olunması bizim üçün daha aktualdır. Yaxın günlərdə ilkin olaraq Naftalan neftinin balneoloji tərkibi haqqında sertifikatın Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunması gözlənilir.

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov turizm sahəsində təhlükəsizlik üzrə İşçi qrupunun həyata keçirdiyi işlər haqqında məlumat verdi.

Daha sonra Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru Ülviyyə Mirqasımova növbəti Bakı Şopinq Festivalının keçirilməsi, Şahdağ Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov qış turizm mərkəzlərində işgüzar tədbirlərin təşkil edilməsi barədə çıxış etdilər.

Şura üzvləri turizmin inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr, gələcək fəaliyyətin təşkili, nəzərdə tutulmuş layihələr barədə fikirlərini bildirdilər. Daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün cəlbediciliyin daha da artırılması, turizm infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparıldı.

Şuranın sədri Əbülfəs Qarayev iclasa yekun vuraraq qurumun bundan sonra da uğurlu fəaliyyət göstərəcəyinə əminliyini ifadə etdi.

XƏBƏRLƏR

24.04.2018 15:08
Akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş rəsm sərgisinin açılış mərasimi keçirildi
24.04.2018 09:10
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23.04.2018 15:20
Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
22.04.2018 16:39
Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
20.04.2018 18:02
Sənaye – Universitet əməkdaşlığı çərçivəsində “Virtual Azərbaycan Turizm və Menecment Universiteti-Onbranch” layihəsi
20.04.2018 17:40
Lüksemburqda keçirilən Avropa Şurası Mədəni Marşrutları üzrə Hissəvi Sazişin İdarə Heyətinin iclasında “Bakı Prosesi”nin təqdimatı keçirilib
20.04.2018 17:38
Sənaye-ATMU əməkdaşlığına həsr olunan seminar keçirilib
20.04.2018 17:27
Şəmkir hərbi birliyinin hərbi şəhərciyində “İsgəndərin sorağında” sənədli filminin nümayişi olub
20.04.2018 14:46
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq
20.04.2018 14:44
"Turizm müəssisələrində nağdsız hesablaşmalar" mövzusunda təlim keçrilmişdir
20.04.2018 12:16
“Avtoportret” sənədli filminin təqdimatı keçirildi
19.04.2018 18:25
YUNESKO-nun “Mədəniyyətlərin Yaxınlaşması naminə Beynəlxalq Onillik layihə” nin həyata keçirilməsi ilə bağlı iclası keçirilmişdir
19.04.2018 17:52
Azərbaycan Xalça Muzeyində “İlmələnmiş zaman” sərgisi açıldı
19.04.2018 17:51
“Sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması üzrə” İşçi Qrupunun növbəti iclası keçirilmişdir
19.04.2018 16:31
“Beynəlxalq abidələr və tarixi yerlər” günü münasibətilə silsilə tədbirlər təşkil olunub
19.04.2018 16:27
Çinlilər Azərbaycana daha çox gələcək – Yeni saziş
19.04.2018 15:21
“EuropeSPA” Naftalan otellərindəki müalicənin Avropa standartlarına uyğun olduğunu beynəlxalq sertifikatla təsdiqləyib
18.04.2018 18:53
Beynəlxalq abidələr və tarixi yerlər günü ilə bağlı tədbir keçirildi
18.04.2018 18:09
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır
18.04.2018 17:40
Məstan Günərin “Seçilmiş əsərləri”nin təqdimatı olub
18.04.2018 17:38
Qəbələ rayonunda “Kitabsevərlər klubu” nun növbəti toplantısı keçirilmişdir
18.04.2018 17:37
Musiqili Teatr müsabiqə elan etdi
18.04.2018 17:34
Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı arasında əməkdaşlıq barədə niyyət protokolu imzalanmışdır
18.04.2018 17:23
“Zəng” Məşhəd festivalında “çalınacaq”