Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
9316

Azərbaycan Turizm və Menecment Universitetində və Bakı Turizm Peşə Məktəbində Bilik günü qeyd olunub

Sentyabrın 15-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə təntənəli mərasim keçirildi.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Universitetin rektoru İlham Mədətov çıxış edərək 2017/2018-ci tədris ilinin başlanması münasibətilə müəllim-tələbə heyətini təbrik etdi. Universitetin 11 illik fəaliyyəti dövründə ölkənin ali təhsil ocaqları arasında bir sıra nailiyyətlərə imza atdığını deyən rektor qeyd etdi ki, indiyədək bakalavr pilləsini 2 min 122 nəfər bitirib, 143 nəfər magistr dərəcəsi alıb, 171 nəfər isə bakalavr və magistr pilləsində iki diplom - Azərbaycan Turizm və Menecment Universiteti ilə bərabər Avstraliyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu alıb.

İlham Mədətov vurğuladı ki, yeni tədris ilində ATMU-ya 12 ixtisas üzrə qəbul olunan 458 tələbədən 201-i dövlət sifarişi əsasında, 257-si isə ödənişli əsaslarla oxuyacaq. Azərbaycan bölməsində 369, rus bölməsində 34, ingilis dili bölməsində isə 55 tələbə təhsil alacaq.

Rektor tələbələrə yüksəkixtisaslı kadr kimi yetişmək üçün tövsiyələr verdi: “Tədris olunan fənləri lazımi səviyyədə mənimsəmək, bir neçə xarici dil öyrənmək, təhsil və təcrübənin üstünlüklərindən səmərəli faydalanmaq, universitetimizin şərəfini daim uca tutmaq siz tələbələrin dərslərə müntəzəm hazırlığından asılıdır. Hər zaman öz üzərində çalışın, ictimai tədbirlərdə fəallıq göstərin”.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev yeni tədris ilinin başlanması münasibətilə tələbə və müəllimləri təbrik etdi. Ölkəmizdə təhsilə, o cümlədən turizm sahəsində kadr hazırlığına dövlət qayğısından danışan Vaqif Əliyev bildirdi ki, Prezident İlham Əliyevin 22 dekabr 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Turizm İnstitutunun bazasında Azərbaycan Turizm və Menecment Universiteti yaradılıb. Ölkə başçısı təhsil sisteminin maddi-texniki bazasının gücləndirilməsinə, bu sahədə beynəlxalq əlaqələrin formalaşmasına, yeni təhsil ocaqlarının yaranmasına hər zaman diqqət göstərir: “Son illər regionlarda turizm infrastrukturunun gücləndirilməsi, çoxsaylı yeni turizm obyektlərinin istifadəyə verilməsi, turizm mərkəzlərinin turist cəlbediciliyi baxımından inkişafı və ölkənin tanıdılması istiqamətində önəmli tədbirlərin təşkili qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan turizmin inkişafı deməkdir. Ölkə başçısının 2016-cı il sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı ölkənin dinamik inkişaf sferasında turizmin yeni mərhələyə qədəm qoyduğunun bariz nümunəsidir. Turizmin milli iqtisadiyyatın prioritet istiqaməti kimi müəyyənləşdirilməsi bu universitet üçün yeni imkan və perspektivlər açır. Ölkə rəhbərliyinin bilavasitə diqqət mərkəzində malik turizm sənayesinin inkişafı bu təhsil ocağında yetişən kadr potensialının hazırlıq səviyyəsindən də asılıdır. Ölkəmizdə turizm sahəsi üzrə ixtisaslaşmış yeganə ali məktəb olan Turizm və Menecment Universiteti qısa müddət ərzində bu sahədə qabaqcıl təhsil müəssisəsi olmaqla yanaşı, sektorda çalışan elm, təhsil və biznes dairələrinin nümayəndələrini özündə birləşdirən məkana çevrilib. Hazırda ATMU-nun məzunları Azərbaycanın nüfuzlu hotel və turizm müəssisələrində məsul vəzifələrdə çalışır”.

Vurğulandı ki, ildən-ilə tələbələr bu təhsil ocağına daha yüksək nəticələrlə qəbul olurlar: “Ali məktəb seçimi hər bir gəncin həyatında mühüm qərarlardan biridir. İnanıram ki, ATMU-nu seçiminizdə yanılmayacaqsınız”.

Sonda müəllim-tələbə heyətinə uğurlar arzulayan nazirin birinci müavini universitetə yüksək balla qəbul olan tələbələrə tələbə biletlərini təqdim etdi.

Mərasimdən sonra Vaqif Əliyev ATMU-da yaradılan tədris şəraiti ilə tanış oldu. Tələbələrin bilik və bacarıqlarının daha da yüksəldilməsi istiqamətində həyata keçirilən praktiki işlər haqqında məlumat verildi. Bildirildi ki, universitetin kitabxanasından tələbələrin səmərəli istifadə etməsi üçün hər cür şərait yaradılıb. Burada universitetin profili üzrə xarici ölkələrdən gətirilən yeni tədris vəsaitləri də toplanıb.

* * *

Sentyabrın 15-də Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində də yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirildi.

Dövlət himninin səsləndirilməsindən sonra məktəbin direktoru Neylüfər Kərimova çıxış edərək təhsil ocağının fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, Bakı Turizm Peşə Məktəbi turizm sahəsində peşəkar kadr hazırlığına, xidmət keyfiyyətinin təkmilləşdirilməsinə öz töhfəsini verir.

Ötən tədris ilində məktəbin 471 məzunu olub. Onların əksəriyyəti istehsalat təcrübəsi zamanı işlə təmin olunub. Bu il təhsil müəssisəsinə 11 ixtisas üzrə 520 tələbə qəbul edilib. Qəbul olunanların 300 nəfəri ölkəmizin regionlarındandır, 6 nəfər Gürcüstan, 4 nəfər Ukrayna və 3 nəfəri isə Rusiya vətəndaşıdır.

Direktor mövcud ixtisaslar üzrə hazırlığın təkmilləşdirilməsi, turizm sektorunun tələblərinə uyğun yeni ixtisasların yaradılmasının əhəmiyyətini vurğuladı.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev məktəbin kollektivini yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, ölkəmizin turizm sənayesinin inkişafında onların da öz imzalarının olmasını arzuladı: “Artıq 6-cı ildir ki, Bakı Turizm Peşə Məktəbi Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərir. Bu məktəbi bitirən bizim məzunlarımız ölkəmizin turizm sənayesində, turizmə yaxın olan digər sahələrdə xidmət göstərirlər. Hər sahədə olduğu kimi, turizm sənayesinin inkişafında da bu sahədə çalışan insanların peşəkarlıq səviyyəsi böyük əhəmiyyət daşıyır”.

Qeyd edildi ki, əhəmiyyətli coğrafi mövqeyə, iqlimə, təbiətə, zəngin tarixə, mədəni irsə, mətbəx mədəniyyətinə sahib olan ölkəmizin turizm potensialını turistlərə layiqli səviyyədə təqdim etmək üçün yüksəkixtisaslı kadrlara ehtiyacı var: “Son illər ölkəmizdə turizm sənayesi sürətlə inkişaf edir. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ölkəmizin turizm sənayesinin gələcək inkişaf istiqamətləri öz əksini tapıb. Hazırda Strateji Yol Xəritəsinin icrası istiqamətində işlər həyata keçirilir. Bununla belə hər il ölkəmizdə yeni-yeni hotellər, turizm mərkəzləri açılır. Həmin müəssisələrdə də yüksək peşəkarlığa sahib bizim məzunlarımız çalışır. Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Turizm Peşə Məktəbi turizm sənayesinin kadrlarla təminatında çox vacib rol oynayır. Turizm sahəsində bu təhsil ocaqlarını bitirənlərin potensialından geniş istifadə olunur. Ancaq bununla yanaşı, daha yüksək nailiyyətlər əldə etmək üçün tələbələrimizin üzərinə böyük məsuliyyət düşür”.

Sonda Vaqif Əliyev ötən tədris ilinin məzunlarına diplomlar və bu il qəbul olunan bir neçə gəncə tələbə biletlərini təqdim etdi.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib