Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1659

Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələrinə həsr olunan panel keçirilib

Martın 14-də Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələri” adlı panel keçirilib.

Tədbir Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyi, Qeyri-Maddi Mədəni İrs Dərnəyi, Rəsmi və Qeyri-Rəsmi Təhsildə Qeyri-Maddi Mədəni İrs UNESCO Kürsüsü və AMEA-nın Folklor İnstitutunun birgə təşəbbüsü ilə reallaşıb.

Tədbirdə Mədəniyyət Nazirliyinin sektor müdiri Vüqar Məmmədov iki qardaş ölkənin bütün sahələrdə olduğu kimi, mədəniyyət, xüsusən də folklor sahəsində birgə əməkdaşlığını yüksək qiymətləndirib və tədbirin işinə uğurlar arzulayıb.

Mövzunun aktuallığını qeyd edən Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, dünyanın 48 ölkəsində fəaliyyət göstərən 58 Yunus Əmrə Mərkəzi türk dilinin tarixini, mədəniyyətini, sənətini tanıtmağa çalışır.

Qeyd edib ki, Bakı Yunus Əmrə İnstitutu Azərbaycanla Türkiyə arasında mədəniyyət körpüsü rolunu oynamağa çalışaraq bir çox mədəniyyət, elm mərkəzləri ilə birgə layihələr reallaşdırır: “Bu baxımdan bugünkü müştərək xalq oyunları və ənənələrinə həsr olunan panelin mövzusu bizim milli mədəniyyətimizin ayrılmaz bir parçasına həsr olunub. Mədəniyyət bizim milli kimliyimizin təcəssümüdür”.

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Novruz bayramı münasibətilə keçirilən tədbirlə bağlı deyib ki, məqsəd hər iki ölkənin müştərək xalq oyunları və ənənələri mövzusunda elmi müzakirələr aparmaq və bu oyunların gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulamaqdır. Bildirib ki, xalq mədəniyyətimizin ən vacib qollarından birini də xalq oyunları və meydan tamaşaları təşkil edir. “Bu oyunların, tamaşaların arxaik köklərinə getmək, onun müasir durumunu öyrənmək, bərpa etmək, özümüzə və dünyaya çatdırmaq bizim ən vacib vəzifələrimizdən biridir. Bunun üçün təkcə elmi araşdırmalar aparmaq yox, təşkilatlar arasında münasibətlər qurmaq, təcrübi-praktik işlər görmək və bu işlərin sayəsində milli kimliyimizi dünyada tanıtmaq görüləsi işlərimiz sırasında qeyd olunası məsələlərdən biridir. Çox sevinirəm ki, Bakı Yunus Əmrə İnstitutu istər Türkiyənin, istər digər qardaş türk xalqlarının mədəniyyəti ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görür”, - deyə akademik vurğulayıb.

Milli Məclisin deputatı Sona Əliyeva tədbirin əhəmiyyətini qeyd edərək deyib: “İnsanın milli kimliyini formalaşdıran bir neçə amil var ki, bunlar Vətən, torpaq, mədəniyyət, onun yaşadığı cəmiyyət və sərhədlərini müəyyən edən dövlət. İnsanın milli kimliyi, dəyərləri olmadan yaşaması qeyri-mümkündür. Milli kimlik bizi keçmişimizə, genetikamıza, tarixi yaddaşımıza bağlayan əsas amillərdəndir. Azərbaycan xalqı zaman-zaman məhdudiyyətlərlə üzləşməsinə baxmayaraq milli kimliyini, qürurunu qoruyub, saxlayıb. Xalqımız 70 il keçmiş SSRİ-nin tərkibində olmasına baxmayaraq, öz milli dəyərlərini, adət-ənənələrini qoruya bilib”.

Sonra tədbir xalq oyunları və ənənələri ilə bağlı müxtəlif mövzuda məruzələrin dinlənilməsi ilə davam edib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb