Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1156

Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr olunmuş möhtəşəm konsert keçirilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənd İrriqasiya və Meliorasiya İnstitutunda keçirilən tədbirdə İnstitutun müəllim və tələbə heyəti, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, elm, mədəniyyət xadimləri, çoxsaylı jurnalistlər iştirak ediblər.

 Tədbiri giriş sözü ilə İnstitutun prorektoru Qadırjon Şavazov açaraq xalqlarımız üçün böyük nemət olan müstəqilliyin əldə edilməsi, ötən illərdə əldə edilən uğurlar, Özbəkistan və Azərbaycan xalqları arasında dostluq əlaqələrindən danışaraq, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə azərbaycanlı sənətçilərin İnstitutda keçirilən konsert proqramını yüksək qiymətləndirdi. O, ruhu, dili, mədəniyyəti, adət-ənənələri eyni olan xalqlarımızın müstəqilliyinin və dostluğunun əbədi olmasını arzuladı.

Mərkəzin direktoru Samir Abbasov Azərbaycan xalqının dövlətçilik tarixinin olduqca dərin köklərə malik olduğunu, XX əsrin əvvəllərində 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra əsrin sonlarında yenidən Azərbaycanın öz müstəqilliyinə qovuşduğunu qeyd etdi. O, müstəqilliyin əldə edilməsi qədər, onun qorunub saxlanılmasının da çətin və şərəfli vəzifə olduğunu və bu istiqamətdə Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib.

Diplomat bu il Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümünü qeyd etdiyini söyləyərək, habelə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi ilə əlaqədar 2018-ci ilin “Cümhuriyyət ili” elan edildiyini qeyd edib. Azərbaycan – Özbəkistan dostluğundan danışaraq xalqlarımızın yaxınlığını, habelə eyni taleyi bölüşdüyünü vurğulayıb. 

Daha sonra azərbaycanlı sənət ustalarının iştirakı ilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan konsert proqramı təqdim edilib.

Azərbaycan Respublikasının Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artistlər, tarzən Sahib Paşazadə, xanəndə Nigar Şabanova və Bakıda keçirilən beynəlxalq muğam müsabiqəsinin qalibi Abgül Mirzəliyevin çıxışları tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb. Azərbaycan müğənniləri bir sıra Özbək xalq mahnılarını da ifa ediblər.

Konsertdə Mərkəzin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı da çıxış edib.

İnstitutun müəllim heyəti tədbiri yüksək qiymətləndirərək Azərbaycan sənətçilərinin ifalarını ilk dəfə olaraq dinlədiklərini və proqramın onlarda böyük təəssürat yaratdığını söyləyiblər.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi