Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1611

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi İstanbul Kitab Fuarında qeyd olunub

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində növbəti tədbir İstanbul Beynəlxalq Kitab Sərgisində təşkil olunub.

Tədbirin moderatoru Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamına müvafiq olaraq respublikamızda və onun hüdudlarından kənarda təşkil olunan silsilə tədbirlərin əhəmiyyətindən danışıb. A.Cəfərov çıxışı zamanı tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və milli dövlətçilik ənənələrinin formalaşmasında dövlət qurucularının həyata keçirdiyi müstəsna fəaliyyət barədə də geniş məlumat verib.

Tədbirdə çıxış edən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov son illər Mədəniyyət Nazirliyinin TÜRKSOY və Azərbaycan Milli Kitabxanası ilə birgə keçirdiyi tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Noyabrın 8-də TÜRKSOY-un iqamətgahında Azərbaycan xalqının dövlətçilik tarixində önəmli yer tutan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin yüksək səviyyədə keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov iştirakçılara Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində Milli Kitabxana tərəfindən təşkil olunan tədbirlərdən söhbət açıb və Cümhuriyyət mövzusunu, eyni zamanda görkəmli şəxsiyyətlərin yaradıcılığını ətraflı öyrənmək, araşdırmaq arzusunda olan insanlara kömək etmək məqsədilə kitabxana tərəfindən xüsusi biblioqrafiyaların hazırlandığını bildirib.

Stendə "Azərbaycan Xalq Cümhuriyyəti – 100. Biblioqrafiya”, "Qara Qarayev. Biblioqrafiya” və Lalə Kazımovanın "Qara Qarayev – həyat və yaradıcılığı haqqında qısa oçerk” kitablarının təqdimatı keçirilib.

Daha sonra Bakı Dövlət Universitetinin kafedra müdiri Anar İsgəndərov və AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov çıxış ediblər. Natiqlər müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsindən söz açıb, təqdimatı keçirilən kitabları Xalq Cümhuriyyətinə və Qara Qarayevin yaradıcılığına dair sanballı nəşr adlandırıblar.

Tədbirdə Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür də iştirak edib. O,  bu kimi tədbirlərin Türkiyədə keçirilməsinə böyük önəm verdiyini söyləyib. B.Kömür çıxışı zamanı bildirib ki, dünyanın ən böyük 11 bəstəkarından 2-si Azərbaycana məxsusdur. Onlardan biri məhz Qara Qarayevdir.

Sonra Artkaspi.az saytının baş redaktoru Fərid Hüseyn Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı "Kaspi” qəzeti və "Kaspi” Təhsil şirkəti tərəfindən nəşr edilən "XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” və Əlimərdan bəy Tobçubaşovun "Kaspi”dən seçmələr” adlı kitablarından danışıb. Gənc araşdırmaçı Dilqəm Əhməd isə Xalq Cümhuriyyəti barədə apardığı tədqiqatlar nəticəsində əldə etdiyi maraqlı tarixi məlumatları iştirakçılarla bölüşüb.

Sonda təqdimatı keçirilən kitablar və Milli Kitabxana tərəfindən hazırlanan Qara Qarayevin əsərlərindən ibarət disklər hədiyyə edilib.

 

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb