Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2594

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş Kitab bayramı keçirilib

Mayın 15-də və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hüseyn Cavid parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş Kitab bayramı keçirilib.

Tədbirin həyata keçirilməsində əsas məqsəd müasir texnologiyaların və informasiyanın geniş yayıldığı dövrdə gənclərin mütaliəyə marağının artırılmasına, maarifləndirilməsinə və kitabların təbliğinə nail olmaqdır.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının muavini Təravət Muradova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis muavini Nazim Əliyev, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov və digər qonaqlar kitab sərgi-yarmarka ilə tanış olublar. Sonra müxtəlif viktorinalar, əyləncəli oyunlar, müsabiqələr, imza saatları keçirilib. Əməkdar artist Elza Seyidcahan özünün müəllifi olduğu “Bir dəlinin rəssamı” kitabını geniş oxucu kütləsinə təqdim edib.

Tədbirin bədii hissəsi Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin nağaraçalanlar qrupunun ifası ilə başlayıb. Daha sonra 2 nömrəli Uşaq İncəsənət Məktəbinin “Aysel” rəqs qrupunun ifasında “Azərbaycan” adlı  rəqs kompozisiyası ilə davam edib. Əməkdar artist Aybəniz Haşımovanın “Bülbüllər” qrupunun ifası tədbirə xüsusi ahəng qatib. Tədbirdə əməkdar artist Elza Seyidcahan, Sevda Əliqızı, Ceyhun Bakinski, Elşən Osmanov, Mircabbar Mirbabayev, Aysel Əlizadə, Mədinə Məlik və “Stop” qrupu, Nuray Rəhman, Səfalı Mirzəyev, Dana Dürdana, Nicat Cəfərzadə və digər mügənnilər sevilən ifalarını tamaşaçılara tədim ediblər.

Kitab bayramında Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 10 geniş sərgi nümayiş etdirib, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Milli Qəhrəmanlar” adlı stendləri ictimaiyyətə təqdim olunub.

Artıq neçə ildir ki ənənəvi olaraq keçirilən kitab bayramları şəhərimizin həyatını daha da rəngarəng etməklə yanaşı kitab mədəniyyətimizin formalaşmasında mühüm rol oynayır.

XƏBƏRLƏR

18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı