Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
6317

Azərbaycanda Bələdçilər Assosiasiyası yaradılmışdır

Son illər ölkəmizdə turizmin inkişafı ilə bağlı atılan addımlar respublikamıza turist axınının sürətlənməsinə, regionlarda yeni turizm infrastrukturlarının yaranmasına və turistlərə göstərilən xidmətlərin sayının artmasına səbəb olmuşdur.

Yerli və xarici turistlərə ölkəmizin mövcud turizm imkanları və tarixi ilə bağlı zəruri və düzgün məlumatların verilməsi, turist məmnuniyyətinin təmin edilməsi və turistlərlə kommunikasiyanın düzgün qurulmasında turizm bələdçilərin fəaliyyəti önəmli rol oynayır.

Bununla bağlı, aprel ayının 9-da “Hilton” mehmanxanasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində “Turizm bələdçilərinin və tərçüməçi-gidlərin Attestasiya Komitəsi”ndən bələdçi kartı almış bələdçilərin iştirakı ilə toplantı keçirilmişdir.

Toplantının açılışını Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydin İsmiyev açaraq, ölkəmizdə turizmin mövcud vəziyyəti, inkişaf dinamikası, turizm sahəsi ilə bağlı yaradılmış Assosiasiya və İctimai Birliklər (Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi, Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliyi) haqqında məlumatlar vermiş, turizm bazarının genişlənməsi, ölkəmizdə fəaliyyət göstərən turizm bələdçilərinin sayının artması və bu sahədə görüləcək işlərin daha sürətləndirilməsi məqsədilə Bələdçilər Assosiasiyasının yaradılması zərurətini qeyd etmişdir.

Bu təkliflə bağlı bir neçə bələdçi çıxış edərək assosiasiyanın yaradılması məsələsi dəstəklənmiş və tədbirdə iştirak edən 125 bələdçi tərəfindən səsvermə yolu ilə qəbul edilmişdir.

Toplantının davamı olaraq Bələdçilər Assosiasiyasının təsis konfransı keçirilmiş, Təşəbbüs Qrupunun sədri seçilmiş Əlixan Mürvətov iclası apararaq, bələdçilər tərəfindən səsvermə yolu ilə assosiasiyanın 9 nəfərdən ibarət İdarə Heyətinin üzvləri müəyyən edilmişdir.

Tədbirdə iştirak edən Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov çıxış edərək yeni yaradılan Bələdçilər Assosiasiyasına ilkin mərhələdə təşkilatı işlərin həyata keçirilməsində və gələcək fəaliyyətində dəstək göstərəcəyini bildirmişdir.

İclasın sonunda yeni yaradılmış Assosiasiyanın dövlət qeydiyyatına alınması ilə bağlı İdarə Heyətinin üzvləri tərəfindən müvafiq müraciətin edilməsi qərara alınmışdır.

Ölkəmizdə Bələdçilər Assosiasiyasının yaradılması ölkə ictimaiyyətində və beynəlxalq arenada Azərbaycanın maraqlarının təmin edilməsi, Dünya Turizm Bələdçilərinin Assosasiyalar Federasiyasına (WFTGA) üzv olunması, beynəlxalq standartlara cavab verən bələdçi və təlimçilərin hazırlanması, vahid ekskursiya mətnlərinin tərtibi, turizm bələdçilərinin elektron kataloqunun hazırlanması və turizm sənayesinin digər fəaliyyət sahələrinə öz müsbət töhfəsini verəcəkdir.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi