Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1629

Azərbaycanın dekorativ-tətbiqi sənəti “Halı” jurnalının gözü ilə

Rüblük “Halı” jurnalının 190, 191 və 192-ci saylarında Azərbaycan dekorativ-tətbiqi sənətinə və 17-20 oktyabr tarixində Bakıda keçiriləcək V Beynəlxalq Azərbaycan xalçası simpoziumuna həsr olunmuş bir neçə məqalə dərc edilib.

Bildiririk ki, Prezident İlham Əliyevin “V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında” 14 noyabr 2016-cı il tarixli sərəncamının icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq işlər aparılıb.

35 illik tarixə malik dünyaca məşhur London nəşriyyatı tərəfindən bu mövzuya yüksək maraq göstərilməsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xarici informasiya siyasəti və beynəlxalq xalça birliyi ilə davamlı əlaqələrin qurulması istiqamətində uzun müddətli fəaliyyətinin nəticəsidir.

Nazir Əbülfəs Qarayevin sərəncamı ilə 2016-ci ilin noyabr ayında ölkəmizin bölgələrinə təşkil edilmiş səfər nəticəsində “Halı” jurnalının redaksiya heyəti, baş redaktor Ben Evansın rəhbərliyi ilə öz yazıları üçün kifayət qədər maraqlı və bu vaxtadək xalça mütəxəssislərinə məlum olmayan materiallar toplamışdır.  “Halı” jurnalı qarşıdan gələn Simpoziumun rəsmi informasiya əməkdaşı olaraq hazırda dünya kolleksiyalarında saxlanılan nadir Azərbaycan tikmələri mövzusunda yeni kitab layihəsi üzərində işləyir.

Jurnalın 191-ci sayında Azərbaycan Milli İncəsənət muzeyinin ehtiyat fondunda saxlanılan 18-ci əsrə aid xalça tikmələri ilk dəfə olaraq dərc edilmişdir.  Azərbaycan xalçalılıq sənətinin erkən dövrünə aid əjdaha təsvirli tikmələr beynəlxalq ekspertlər üçün yüksək maraq kəsb edir və ilk dəfə Simpozium zamanı ekspozisiyaya çıxarılacaq. Xarici mütəxəssislərin “qafqazlı” adlandırdığı digər xalça növlərindən fərqli olaraq sözü gedən tikmələr Azərbaycan maddi mədəniyyətinin yeganə nümunələridir ki, beynəlxalq ədəbiyyatda bütövlükdə məhz  “Azərbaycan tikmələri” kimi qeyd edilir.

Yerli və xarici mütəxəssislərin birgə səyləri nəticəsində Azərbaycanın tarixi ərazilərindən olan xalçaların daha dəqiq atribusiyasına start verilmişdir. Çox hallarda xalçaların mənşəyinin hansı regiona (məsələn “Şirvan” və ya “Qarabağ”) aid olduğundan  əlavə habelə həmin torpaqların müasir Azərbaycan dövlətinə məxsus olması da qeyd edilir. Jurnalın 192-ci sayında Qarabağın unikal Əjdahalı xalçasının Azərbaycan xalçası adı altında təqdim olunması beynəlxalq elmi dairələrdə Azərbaycanın xalq tətbiqi sənətinin özünü təsdiqləməsidir.

Bundan başqa “Halı”  jurnalı oktyabrın 21-dən- 27-nə qədər Azərbaycan və Gürcüstana ilk kommersiya turunu təşkil edəcəkdir. Bu barədə ətraflı http://www.hali.com/tours/brochure-azerbaijan-georgia-october-2017 internet ünvanında tanış olmaq olar.

 

XƏBƏRLƏR

16.01.2018 10:22
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi istifadəyə verilib
15.01.2018 17:29
İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçiriləcək
15.01.2018 17:28
“Yeniliyə Doğru” Gənclər Fondu tərəfindən “Oyun həftəsi - intellektual həftəsonu” layihəsi həyata keçirilmişdir
15.01.2018 17:25
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
12.01.2018 17:24
“Oyuq”çular yaşıdlarını sevindirdilər
12.01.2018 14:23
Aşıq sənətinin tədrisi üzrə ilk metodik tövsiyə və albom-kitab
12.01.2018 12:19
Milli İncəsənət Muzeyinin eksponatları Almaniyada sərgidə nümayiş etdirilir
12.01.2018 12:14
Özbəkistanda “Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi” yaradılacaq
11.01.2018 17:36
20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar film nümayişlərinə start veriləcək
11.01.2018 15:31
Azərbaycan Milli Kitabxanasının direktoru Los Anceles şəhər kitabxanasının direktoru ilə görüşmüşdür
11.01.2018 09:53
İrəvan teatrı ötən ili uğurla başa vurub
11.01.2018 09:52
Ötən il tarix və mədəniyyət qoruqlarının 480 mindən çox ziyarətçisi olub
11.01.2018 09:34
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Vurğuna vurğun gəlin” tamaşası nümayiş olunub
10.01.2018 18:14
Xalq artisti Elza İbrahimovanın xatirəsi anıldı
10.01.2018 17:21
“Azadlıq aşiqləri günü-20 yanvar” respublika uşaq rəsm müsabiqəsi elan olunmuşdur
10.01.2018 17:00
ABŞ-da vəfat etmiş məşhur pianoçu Çingiz Sadıxov Bakıda dəfn ediləcək
10.01.2018 16:17
“Air Arabia” aviaşirkətin jurnalında Bakı haqqında məqalə dərc olunub
10.01.2018 11:15
Azərbaycan Milli Kitabxanası ilə Kaliforniya Los Anceles Universiteti kitabxanası arasında Anlaşma Memorandumu imzalanıb
10.01.2018 09:43
“Aşıq musiqisi axşamları” - yeni möhtəşəm layihə
10.01.2018 09:16
Dünya ölkələrinin mədəniyyətlərindən yazan “The Culture Trip” portalı Azərbaycan haqqında silsilə məqalələr yayıb