Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
529

Azərbaycanın Dövlət Müstəqilliyi Günü Gürcüstanda qeyd olunub

Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin və Mehdiabad Uşaq Musiqi Məktəbinin kollektivləri Gürcüstandan qayıdıblar. Kollektiv Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təşkil olunan konsertdə iştirak edib.

Məktəbin direktoru, Əməkdar müəllim İkram Manafov bildirib ki, gənc musiqiçilər əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Tbilisi şəhərindəki büstünü ziyarət edib, önünə tər güllər düzərək, xatirəsini ehtiramla anıblar.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun da iştirak etdiyi tədbirdə çıxış edən Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva 18 oktyabrın Azərbaycan tarixindəki yeri və rolu barədə məlumat verib, müstəqil Azərbaycanın bu gün çiçəkləndiyini, qüdrətləndiyini və möhkəmləndiyini, dünyada layiqli yer tutduğunu qeyd edib.

Tədbir konsert proqramı ilə davam edib. Abşeronlu məktəblilərin ifasında xalq və bəstəkar mahnıları səsləndirilib və milli rəqslərimiz nümayiş olunub.

Səfər çərçivəsində Gürcüstanda keçirilən “MSXETA- 2019” Uşaq və Gənclərin Beynəlxalq Yaradıcılıq Festivalında uğurla iştirak edən Abşeron rayon musiqi məktəblərinin müəllim və şagirdləri festivalın diplomları ilə təltif olunmuşdur.

XƏBƏRLƏR

14.11.2019 18:02
Nazir Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşdü
14.11.2019 14:28
Mərkəzi İncəsənət məktəbində “Uşaqlar gələcəyimizdir!” adlı tədbir keçirilib
14.11.2019 09:09
Polşanın Lodz şəhərində Azərbaycan cizgi filmləri nümayiş olunub
14.11.2019 09:07
“Haqq mənəm” tamaşasının premyerası olacaq
13.11.2019 16:52
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13.11.2019 15:33
Mədəniyyət sahəsinin könüllüləri sırasına Azərbaycan Turizm və Menecment Universiteti də qoşulub
13.11.2019 15:29
Özbəkistanın Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib
13.11.2019 12:25
Milli Kitabxanada əlillər gününə aid sərgi açılıb
13.11.2019 11:22
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13.11.2019 10:04
Azərbaycan komandası “Liqa smexa” mövsümünün ən yaxşı nömrəsinə görə kubok qazanıb
13.11.2019 09:03
Bakıda “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” mövzusunda konfrans təşkil ediləcək
12.11.2019 15:35
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcəkdir
12.11.2019 14:13
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12.11.2019 09:24
Almatıda Azərbaycan mədəniyyəti və ənənələri günü keçirilib
12.11.2019 09:21
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
12.11.2019 09:12
Musiqili Teatrda mövsümün ilk premyerası – “Paris Notr-Dama ithaf”
12.11.2019 09:08
Azərbaycan-Özbəkistan dostluğuna aid sənədli film nümayiş etdirilib