Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1252

Azərbaycanın mədəniyyət naziri: Bakı mədəniyyətlərarası dialoq siyasətini dəstəkləyir

Mərakeşin paytaxtı Rabatda Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə İslam Təşkilatının (ISESCO) 13-cü konfransı keçirilir. Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev konfransın işində iştirak edir.

Nazir TASS agentliyinə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycan mədəniyyətlərarası dialoq siyasətini hərtərəfli dəstəkləyir və həyata keçirir.

Ə.Qarayev qeyd edib ki, ölkəmizin siyasəti tolerantlığa, müxtəlif milli və dini icmaların mədəni dəyərlərini anlamağa və onlara hörmət bəsləməyə yönəlib.

Müsahibədə deyilir: “Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən ISESCO ilə əməkdaşlığa çox ciddi yanaşır və bu təşkilatın fəal iştirakçısıdır. Biz çoxlu konfranslar, “dəyirmi masa”lar keçirir, təhsil proqramlarını reallaşdırırıq. ISESCO-nun bundan əvvəlki, 12-ci Baş Konfransı 2015-ci ildə Bakıda keçirilib. Bugünkü hesabat məruzəsində və nümayəndələrin çıxışlarında qeyd edildiyi kimi, həmin konfrans uğurlu olub”.

Ə.Qarayev vurğulayıb: “Bu gün Azərbaycan ISESCO-nun Baş Konfransının sədri səlahiyyətlərini təhvil verir, lakin fəal əməkdaşlığımız, əlbəttə, davam edəcək. Biz istəyirik ki, səsimiz eşidilsin, uğurlarımız hamıya məlum olsun. Təbii ki, biz sivilizasiyaların dialoqunun, mədəniyyətlərin dialoqunun inkişafına, ümumbəşəri dəyərlər naminə İslam aləmi ilə Qərb dünyasının bir-birini daha yaxşı anlamasına yönəlmiş siyasətimizi davam etdirəcəyik”.

Onun sözlərinə görə, son üç ildə ISESCO-nun Baş Konfransına rəhbərlik edən Azərbaycan bir sıra iri tədbirlər keçirib. Nazir sözünə davam edərək deyib: “Məsələn, 2017-ci ildə Bakıda çoxsaylı iştirakçıları olan IV İslam Həmrəylik Oyunları keçirilib. Mənim fikrimcə, bu Oyunlar çox uğurlu olub”.

Ə.Qarayev vurğulayıb: “Azərbaycan mədəniyyətlərarası dialoq siyasətini də hərtərəfli dəstəkləyir və həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci ildə mədəniyyətlərarası dialoq çərçivəsində Qərb və Şərq dünyası arasında əlaqələrin həyata keçirilməsi təşəbbüsünü irəli sürüb. Biz mədəniyyətin müxtəlif sahələrini təmsil edən təşkilatları mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumunun həmtəsisçiləri kimi birləşdirməyə nail olduq. Tədbirin tərəfdaşları qismində ISESCO, Avropa Şurası, UNESCO, BMT Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı çıxış edirdi. Keçən ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı da tərəfdaşlara qoşulub.

Bu o deməkdir ki, Azərbaycanın tolerantlığa, müxtəlif milli və dini icmaların mədəni dəyərlərini anlamağa və onlara hörmət bəsləməyə yönəlmiş siyasəti sülh işinə və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir”.

Nazir deyib: “2009-cu ildə ISESCO-nun qərarı ilə Bakı İslam Mədəniyyəti Paytaxtı elan edildi. 2018-ci ildə isə bu fəxri ada Azərbaycanın Naxçıvan şəhəri layiq görüldü. Bu, bizim üçün böyük hadisədir və Azərbaycan mədəniyyətinin səviyyəsini, onun müxtəlifliyini bütün dünyaya göstərmək imkanı verir.

İslam aləminin və Avropanın mədəni paytaxtları arasında mədəni dialoq təşəbbüsünü məhz Azərbaycan irəli sürüb. Bu, ölkələr arasında dostluq körpüləri qurmağa şərait yaradıb. Düşünürəm ki, bu, ən düzgün yoldur – mədəniyyət birləşdirməli və qovuşdurmalıdır”.

Nazir Azərbaycan mədəniyyətini fəal təbliğ edən, mədəniyyətlərarası proseslərin və mübadilələrin hərəkətverici qüvvəsi olan Birinci vitse-prezident, birinci xanım Mehriban Əliyevanın rolunu xüsusi qeyd edib.

Ə.Qarayev vurğulayıb: “Azərbaycan əhalisinə tarixən xas olan dözümlülük və tolerantlıq keyfiyyətləri çoxəsrlik inkişaf dövrünü yaşayıb. Hazırda respublikada müsəlmanlar, yəhudi və xristian icmaları dinc yanaşı yaşayır, bir-birinə hörmət bəsləyir. Biz insanlar arasında ünsiyyət məkanı olan mədəniyyətlərarası dialoq forumları, sivilizasiyalararası dialoq forumlar keçiririk. Buna görə də bu gün Azərbaycan ümumbəşəri dəyərlərin birləşdiricisi rolunu öz üzərinə götürə bilər”.

Nazir çıxışının sonunda deyib: “Avropa ilə Asiyanın, Qərb və Şərq dünyasının qovuşuğunda yerləşən Azərbaycan özünün sülhyaratma, vasitəçilik və sivilizasiya imkanlarını təklif edən platforma ola bilər”.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!