Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1344

Azərbaycanın sədrliyi ilə yaradılmış işçi qrupunun hazırladığı Turizm Etikası üzrə Konvensiya Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasında təsdiq edilmişdir

Xəbər verdiyimiz kimi, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 22-ci sessiyası cari ilin 11-17 sentyabr tarixində Çin Xalq Respublikasının Çenqdu şəhərində keçirilir.  

Tədbirin 15 sentyabr tarixində keçirilən növbəti sessiyası çərçivəsində BMÜTT-nin Turizm Etikası üzrə Konvensiyasının yekun variantının təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılmışdır.

Qeyd edirik ki, Turizm Etikası üzrə Konvensiyanın hazırlanması məqsədilə yaradılmış işçi qrupuna, eləcə də sözügedən Konvensiyanın razılaşdırılması və BMÜTT-nin Baş Assambleyasının 22-ci sessiyasına təsdiq edilməsi üçün yaradılmış Xüsusi Komitəyə (Ad Hoc) Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov sədrlik etmişdir. 

Bununla bağlı, sessiya çərçivəsində işçi qrupunun sədri qismində çıxış edən N. Səmədov Turizm Etikası üzrə Konvensiyanın turistlərin hüquqlarının qorunması, onların təhlükəsizliyi naminə aparılmalı olan islahatlar, turizm sənayesi mütəxəssislərinin üzərinə düşən öhdəliklər, eləcə də turizmin davamlı inkişafda və beynəlxalq sülhdə oynadığı rol və turizm sektoru üzrə bir sıra digər mühüm müddəaları özündə əks etdirdiyini xatırlatmış və üzv ölkələri bu mühüm sənədin təsdiq edilməsinə dəstək verməyə çağırmışdır. 

BMÜTT-nin Baş Katibi Taleb Rifai Azərbaycan nümayəndəsinin bu çıxışını dəstəkləmiş və sözügedən Konvensiyanın hazırlanmasında Azərbaycanın böyük payının olduğunu vurğulamışdır. Səsvermə zamanı Azərbaycan daxil olmaqla, 51 ölkə sənədin mətninin qəbul olunmasını dəstəkləmişdir. Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyəti də çıxış edərək ölkələrin beynəlxalq hüquqi prinsiplərə hörmət etməsinin vacibliyini vurğulamış və bu baxımdan Konvensiyanın təsdiqinin zəruri olduğunu  qeyd etmişdir.

Bununla da, üzv ölkələrin yekdilli razılığı ilə Turizm Etikası üzrə Konvensiya BMÜTT-nin  Baş Assambleyasının 22-ci sessiyasında təsdiq edilmişdir. 

Məlumat üçün qeyd edirik ki, 1999-cu ildə təsdiq edilmiş “Turizmin qlobal etik kodeksi”nə əsaslanaraq hazırlanmış Turizm Etikası üzrə Konvensiya BMÜTT-nin ilk Konvensiya sənədi olacaqdır.

Bununla da, Azərbaycan turizm sahəsinde təsdiq edilən ilk Konvensiya oz töhvəsini vermişdir.

 

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi