07.02.2020 05:50
Həmvətənimiz, rusiyalı kinorejissor, ssenarist və fotorəssam, Azərbaycanın Xalq artisti, Rusiya Federasiyasının Əməkdar İncəsənət xadimi Tofiq Şahverdiyev Peşəkar Fotoqraflar Beynəlxalq Gildiyasının “Qızıl göz” mükafatına layiq görülüb.
Rusiya Jurnalistlər İttifaqında Mətbuat balı təşkil edilib. Tədbirdə peşə mükafatlarının təqdimetmə mərasimi keçirilib. Həmvətənimiz, tanınmış kinorejissor, ssenarist və fotorəssam, Azərbaycanın Xalq artisti, Rusiyanın Əməkdar İncəsənət xadimi Tofiq Şahverdiyevə Peşəkar Fotoqraflar Beynəlxalq Gildiyasının “Qızıl göz” mükafatı təqdim edilib.