Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1341

Azərbaycanlı gənc istedadlar beynəlxalq “Burabay Yay Festivalı”nda iştirak etmişlər

22 iyun – 3 iyul 2018-ci il tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin 20 illiyinə həsr olunmuş gənc istedadların beynəlxalq “Burabay Yay Festivalı” (Burabay Summer Fest) keçirildi.

Festivalın əsas məqsədi iştirakçıların müxtəlif xalqların mədəniyyət və tarixi ilə tanış edilməsi, gənc istedadlara dəstək verilməsi, yaradıcılıq əlaqələrinin qurulması və beynəlxalq mədəni əməkdaşlığın inkişaf etdirilməsidir.

Səkkiz ölkədən (Azərbaycan, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Belarus, Özbəkistan, Qırğızıstan) 300-dən çox gənc istedadların iştirak etdiyi festivalda ölkəmizi Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri, respublika və beynəlxalq müsabiqələr laureatları Nərgiz Əliyeva (fortepiano), Zakir Allahverdiyev (qoboy) və Fizzə Vəlizadə (kamança) təmsil etmişdir.

Festival günlərində əyləncəli-maarifləndirici tədbirlər, ustad dərsləri, ekskursiyalar, birgə konsert proqramları təşkil edilmişdir.

Ölkəmizi təmsil edən gənc istedadlar festivalda konsert proqramı ilə çıxış etmişlər.

Festivalın yekunu olaraq Astana şəhərindəki 3500 yerlik “Qazaxıstan” Mərkəzi konsert zalında qala-konsert keçirilmişdir. Gənc pianoçu Nərgiz Əliyeva qala-konsertdə müxtəlif ölkələrin nümayəndələrinin birləşmiş ansambllarının tərkibində çıxış etmişdir. Tədbirin yekununda Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi tərəfindən ölkəmizin nümayəndələrinə təşəkkür məktubu, diplomlar və xatirə hədiyyələri təqdim edilmişdir.

Festival barədə məlumatlar Qazaxıstan Respublikasının kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb