20.09.2019 09:11
Sentyabrın 19-da Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakı Musiqi Akademiyasında (BMA) “Soltan və İsmayıl Hacıbəyovlara ithaf” adlı konsert təşkil olunub.
Konsertdə Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Fortepiano Triosu, həmçinin BMA-nın məzunları və tələbələri çıxış ediblər. Konsertin dirijoru P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu, beynəlxalq müsabiqələr laureatı Orxan Haşımov olub.
Konsertdə Soltan və İsmayıl Hacıbəyovların əsərləri səsləndirilib.