Bakı Turizm İnformasiya Mərkəzi IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının qonaqları üçün “Bakı City Tour” turistik avtobusda gəzinti təşkil etmişdir
1125
20.11.2017
20.11.2017 12:16
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılı
ğı ilə 15-18 noyabr 2017-ci il tarixində IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçirilmişdir. Festival ilə əlaqədər ölkəmizə təşrif buyuran qonaqlar üçün festival filmlərinin nümayişi ilə yanaşı Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən Bakı şəhərində ikimərtəbəli avtobusla “Bakı City Tour” gəzinti təşkil edilmişdir. Qonaqlar avtobusla paytaxt üzrə “Müasir və qədim Bakı”-ya ekskursiya edib və şəhərin ən gəzməli-görməli yerləri, tarixi-mədəni abidələrini seyr etmək imkanı əldə etmişlər. Qonaqlara Bakı şəhərinin xəritəsi və Azərbaycanın turizm potensialını özundə əks etdirən müxtəlif reklam-çap məhsulları təqdim edilmişdir.