Məlum olduğu kimi, Bakı Uşaq Teatrı hər il teatr mövsümünün açılışı və bağlanışı zamanı iki tamaşa ilə (böyüklər və uşaqlar üçün) çıxış edir. Bu il teatrımız özünün 17-ci mövsümünün bağlanışı münasibətilə Teatr Xadimləri İttifaqının tamaşa zalında (Aktyorlar evi - Xaqani 16) balacalar üçün 16 iyul 2019-cu il tarixində saat 12:00-da “Sehirli Tütək”, böyüklər üçün isə Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanmış, insan alverinə qarşı mübarizəyə həsr olunmuş “Günahsız Günahkarlar” tamaşası 17 iyul 2019-cu il tarixində saat 19:00-da nümayiş olunacaq.
İyulun 17-də nümayiş olunacaq tamaşadan sonra il ərzində seçilən teatrın əməkdaşları və media nümayəndələri “Gümüş Körpə” medalyonu və fəxri fərmanla mükafatlandırılacaq.
Tədbirin işıqlandırılmasına köməklik göstərməyinizi xahiş edirik.