09.07.2018 12:04
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı mövsümü yeni bir tamaşa ilə bağlayacaq. Arzu Soltanın "Hərə olduğu kimi gözəldir" pyesi əsasında rejissor İlhamə Əhmədovanın quruluş verdiyi "Əyriqulaq" tamaşasının 10 iyul saat 12:00-da ictimai baxışı keçiriləcək.
Tamaşada hadisələr dovşanların ailəsində baş verir.
Rolları Sovqat Səmədova, Əli Qulu Səmədov, Ədalət Ağaverdizadə, Gülər Ləzgiyeva, Rəfael Muradxanlı, Günay Pirizadə,Gülnarə Abbasova, Gülnar Məmmədova, Nərminə Məhərrəmova, Turəxanım Qasımlı, Niyaz Novruzov, Qurban Əhmədov ifa edir.
Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatı Mahir İbrahimli, rəqslərin quruluşu Könül Şahbazovaya məxsusdur.