Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
7404

Bakı Xoreoqrafiya Akademiyasında yeni tədris ili başlayıb

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) “Bilik günü” və 2018-2019-cu tədris ilinin başlaması münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev, Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev, professor-müəllim heyəti və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan rektor bakalavriat və magistratura pillələrinə daxil olmuş gəncləri təbrik edərək, onlara təhsil və yaradıcılıqda uğur və müvəffəqiyyət arzu etdi.

Timuçin Əfəndiyev çıxışında qeyd etdi ki, bu gün ölkə rəhbərliyinin elm, təhsil və mədəniyyət sahəsinə olan diqqət və qayğısı nəticəsində Bakı Xoreoqrafiya Akademiyası da öz fəaliyyətində yeni inkişaf mərhələsinə qədəm qoyur:” Akademiyada yüksək ixtisaslı müəllim heyəti, həmçinin Xalq və Əməkdar artistləri, elmlər doktorları, professorlar və görkəmli sənət adamları tədris prosesinə cəlb olunublar.  Akademiyada keçirilən tədris prosesi beynəlxalq standartlara uyğun şəkildə qurulub. Dünyaca məşhur onlarla əcnəbi mütəxəssislər akademiyada ustad dərsləri keçir, Azərbaycanda Bakı xoreoqrafiya Akademiyasının  təşkilatçılığı ilə ikinci dəfə Qəmər Almaszadə adına klassik və milli rəqs üzrə beynəlxalq müsabiqə keçirilib.                                                                                           

Rektor onu da vurğuladı ki, mövcud ixtisaslarla yanaşı 2018-2019-cu tədris ilindən başlayaraq  Bakı Xoreoqrafiya Akademiyasında  Xoreoqrafiya sənəti- Balet rejissorluğu , Xoreoqrafiya sənəti- Klassik rəqslər, və “Dizayn” ixtisasları üzrə də kadr hazırlığı aparılacaq. 

Daha sonra mədəniyyət naziri Əbülfəs Qarayev  yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı Xoreoqrafiya  Akademiyasının professor-müəllim heyətini, eləcə də bakalavr və magistr pillələrinin tələbələrini “Bilik günü” və BXA-ya daxil olmaları münasibətilə təbrik etdi.                                                                                                      

Nazir onu da bildirdi ki, hər zaman olduğu kimi bu il də akademiyanın qarşısında duran  ən vacib məsələ xoreoqrafiya sənətinin beynəlxalq səviyyəyə qaldırılması, təhsil, sənət, həmçinin maddi-texniki bazanın gücləndirliməsi mühüm əhəmiyyət kəsb edir: “Akademiya yarandığı gündən uğurlu fəaliyyətini davam etdirir. Zəngin ənənələrə malik olan təhsil ocağının məzunları hər zaman Azərbaycan mədəniyyətini, musiqisini beynəlxalq tədbirlərdə uğurla təmsil edirlər. Bu uğur və nailiyyətlərin davamlı olması üçün də  Akademiyanın müəllim və tələbələri müasir rəqs cərəyanlarını daha dərindən öyrənməli  və imkan olduqca xaricə   ezam edilib, digər ölkələrdə teatrlarda səhnə fəaliyyəti ilə yaxından tanış olmalıdır”.

Nazir həmçinin Akademiyanın müəllim heyətinin regionlarda ustad dərslərini mütəmadi olaraq davam etdirmələrini, eləcə də tələbələrinin ölkə daxilində keçirilən tədbir və müsabiqələrdə fəal iştirak etməli olduqlarını da vurğuladı.          

Sonda isə mədəniyyət naziri Əbülfəs Qarayev Akademiyanın bakalavr və magistrantlarına  tələbə vəsiqələrini, müvəffəqiyyət və attestasiya kitabçalarını təqdim etdi.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb