Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2307

Bakı Xoreoqrafiya Akademiyasında Dövlət Bayrağı Günü qeyd olunub

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) “9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”nə həsr olunmuş “Bayrağınla məsud yaşa” ədəbi-bədii kompozisiyası nümayiş olunub.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə müstəqilliyimizin əsas atributlarından olan bayrağımız haqqında ümumi məlumat verilib.

İncəsənət fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən və BXA-nın  professor-müəllim, tələbə heyətinin  iştirak etdiyi  tədbiri giriş sözü ilə açan tədris işləri üzrə prorektor, professor Sevda Sadıxbəyova bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək, 9 noyabr tarixini dövlətimiz üçün möhtəşəm bir hadisə kimi qiymətləndirib: “Azərbaycan dövlət bayrağının ilk dəfə dalğalanmasından 100 il ötür. Bu münasibətlə bütün azərbaycanlıları təbrik edirəm” - deyə S.Sadıxbəyova tədbir iştirakçılarına Azərbaycan bayrağının keçdiyi şanlı tarixindən də məlumat verib. 

Daha sonra İncəsənət fakültəsinin dekanı, dosent Aygül Hüseynova da öz çıxışında bayrağın hər bir dövlətin bütövlük, müstəqillik, yenilməzlik ucalıq rəmzi olduğunu söyləyib.  A. Hüseynova qeyd edib ki, Azərbaycanda da bayrağa bu cür münasibət bəslənir və bunun üçün BXA-da təhsil alan tələbələrə hər zaman vətənpərvərlik ruhu təbliğ olunur.

Tədbir çərçivəsində Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov da çıxış edərək,  9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə tələbə və müəllim heyətini təbrik edib, Azərbaycan dövlətçiliyinin böyük mirası olan üçrəngli bayrağın yaranma tarixi haqqında arxiv materialları və yeni dövr elmi tədqiqatlara əsaslanan maraqlı faktları diqqətə çatdırıb.

Sonra isə tədbirin bədii hissəsində BXA-nın prorektoru, Xalq artisti Təranə Muradovanın tələbələri müxtəlif musiqi nömrələri, o cümlədən Üzeyir Hacıbəylinin “Cəngi” əsərini və xalqımıza məxsus ən möhtəşəm incəsənət nümunəsi olan “Qarabağ yallısı”nı, digər ixtisaslar üzrə bakalavr təhsili alan tələbələr isə bayraq mövzusunda şeirlər təqdim edib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi