Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3763

Bakı Xoreoqrafiya Akademiyasında yeni tədris ili başlayıb

Sentyabrın 15-də Bakı Xoreoqrafiya Akademiyasında “Bilik günü” və 2017-2018-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirildi.

Tədbiri Akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev açaraq müəllim və tələbələri təbrik etdi, onlara uğurlar arzuladı. Rektor bildirdi ki, bu gün respublika rəhbərliyinin elm, təhsil və mədəniyyətə diqqət və qayğısı nəticəsində Bakı Xoreoqrafiya Akademiyası da öz fəaliyyətində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Akademiyada yüksək səviyyəli müəllim heyəti, o cümlədən 20-dən artıq elmlər doktoru, professor, xalq və əməkdar artistlər, görkəmli sənət adamları tədris prosesinə cəlb olunmuşlar. Tədris prosesi beynəlxalq standartlara uyğun qurulmuşdur. Onlarla xarici mütəxəssis akademiyada ustad dərsləri keçmiş, ölkəmizdə ilk dəfə klassik və milli rəqs üzrə beynəlxalq müsabiqə keçirilərək yaddaşlarda gözəl anlarla dolu iz qoymuşdur.

Bundan əlavə, tədris ocağının nəşri olan “Sənət Akademiyası” jurnalı Ali Attestasiya Komissiyasının reyestrinə daxil edilmişdir.

Vurğulandı ki, akademiyada şagird və tələbələrin təhsil, elm və yaradıcılıq işləri üçün bütün zəruri şərait yaradılmışdır. 2017-2018-ci ildə burada xoreoqrafiya sənəti, instrumental ifaçılıq, sənətşünaslıq, teatrşünaslıq və menecment ixtisasları ilə yanaşı yeni açılmış rəqs müəllimliyi, xalq çalğı alətləri ifaçılığı və musiqişünaslıq ixtisasları üzrə kadr hazırlığı aparılacaq.

Rektor bildirdi ki, 90 illik təcrübəyə malik Bakı Xoreoqrafiya Akademiyası bundan sonra da qarşıya qoyulan məqsədlərə nail olmağa çalışacaq, Azərbaycanda xoreoqrafiya və onunla əlaqəli digər sənət sahələri üzrə müxtəlif təhsil pillələrində professional və yüksəkixtisaslı kadrlar hazırlayacaq. Akademiyaya xarici ölkələrdən də maraq artıb və burada əcnəbi tələbələr də təhsil alır.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kollektivə uğurlu tədris ili arzulayaraq son iki ildə xoreoqrafiya sahəsində əldə olunan nailiyyətlərdən söz açdı. Bildirdi ki, çox az müddət ərzində Bakı Xoreoqrafiya Akademiyası bu sahədə aparıcı ali təhsil müəssisələri sırasına daxil ola bilib. Bildirdi ki, ölkə başçısının sərəncamına müvafiq olaraq çox qısa zaman kəsiyində Xoreoqrafiya Məktəbinin bazasında belə bir akademiyanın yaradılması rektor Timuçin müəllimin, kollektivin gərgin əməyi sayəsində başa çatdırılıb.

Amma proses bu gün də davam edir, binada təmir bərpa işləri gedir, yeni binanın tikintisi ilə bağlı layihə hazırlanaraq nazirlik və akademiyanın rəhbərliyi tərəfindən bəyənilmişdir. Ümumən maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı bu sahədə davamlı addımlar atılır: “Akademiya sənət istiqamətinin mürəkkəbliyinə görə özünün unikallığı ilə seçilir. Azərbaycan milli xoreoqrafiya sənətinin , rəqs sənətinin, müxtəlif sənət peşələrinin burada tədris edilməsi sahənin gələcəkdə mədəniyyətimizə xidmət edəcək çox böyük, geniş perspektivli kadr təminatının göstəricisidir. Əgər əvvəllər xoreoqrafiya sənəti burada peşə kimi öyrədilirdisə, artıq elmi səviyyəyə qaldırılıb. Çox istərdim ki, Azərbaycan mədəniyyətinin gələcəyini öz çiyinlərində daşımağa çalışan gənclər bu illərdə təhsilə və məşğul olacaqları elmə ciddi və yaradıcı yanaşsınlar”.

Nazir müavini həmçinin diqqətə çatdırdı ki, bu il tədris ilinin başlanması ilə bərabər, həm də Azərbaycanda ilk dəfə 15 sentyabr kino mövsümün başlanması kimi qeyd olunur. 18 sentyabr tarixində isə növbəti Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı açılacaq, dünyanın müxtəlif ölkələrindən gələn tanınmış musiqiçilərin iştirakı ilə böyük bir festival keçiriləcək. Həmçinin teatrlarımız yeni mövsümə başlayırlar. Bunun ardınca oktyabr ayında ənənəvi Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək. Bildirildi ki, ölkə başçısının imzaladığı sərəncamlara əsasən görkəmli sənətkarlar Bülbülün 120, Şövkət Məmmədovanın 100, Tofiq Quliyevin 100, Müslüm Maqomayevin 75, Məxluqə Sadıqovanın 100, Ağasadıq Gəraybəylinin 100 illiyi və digər sənətkarlarımızın yubileyləri, müxtəlif tədbirlər keçiriləcək: “Ümidvaram ki, sizinlə həmin tədbirlərdə yenidən görüşəcəyik. Bir daha bütün kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik edirəm”.

Tədbirdə çıxış edən klassik rəqs və milli rəqs üzrə baletmeysterlər, əməkdar artistlər Yuri Lobaçev və  Ceyhun Qubadov dərs ilinin başlanması münasibətilə təbriklərini çatdırdılar, tədris üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirdilər.

Tədbirin sonunda BXA-nın tələbəsi adını qazanmış gənclərə tələbə biletləri təqdim edildi.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi