Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
947

Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri Kürdəmirdə ustad dərsləri keçiblər

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) mütəxəssisləri tərəfindən Kürdəmir rayonunun uşaq incəsənət məktəbləri, mədəniyyət evləri və klublarında çalışan xoreoqraflar və şagirdlər üçün ustad dərsləri keçirilib. Ustad dərslərini BXA-nın müəllimləri, Əməkdar artist Tamella Əliyeva və Prezident təqaüdçüsü Zəminə Quliyeva keçiblər.

Əvvəlcə Regional İdarənin Füzuli, Xocavənd, Beyləqan, İmişli və Kürdəmir rayonlarından olan aidiyyəti işçilərlə müəllimlərin işgüzar görüş keçirilib. Daha sonra isə Akademiyanın peşəkar müəllimləri tərəfindən xüsusi innovativ proqram üzrə dərslər keçirilib. Böyük maraqla qarşılanan ustad dərsləri interaktiv şəkildə təşkil olunduğu üçün iştirakçıların bütün sualları cavablandırılmış, yerlərdə tədris prosesinə cəlb olunan müəllimlərə əməli və metodiki tövsiyələr verilmişdir.

Qeyd edək ki, 2015-ci ildən başlayaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Bakı Xoreoqrafiya Akademiyasının mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının şəhər və rayonlarında xoreoqrafiya sahəsi üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi, uşaq incəsənət məktəblərinin xoreoqrafiya şöbələrində tədrisin keyfiyyətinin habelə xoreoqrafiya sənətinin təbliğ edilməsi məqsədilə şəhər və bölgələrdə ustad dərsləri təşkil edilir.

                                                                             

XƏBƏRLƏR

22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb