Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1786

Bakıda “Dekorativ sənət və interyer” konfransı keçiriləcək

10-12 oktyabr 2018-ci il tarixində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələri (DEMHIST) “Dekorativ sənət və interyer” adlı konfransın təşkili nəzərdə tutulmuşdur. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsi və Azərbaycan Xalça Muzeyi, Beynəlxalq Muzeylər Şurası (ICOM), Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələri (DEMHIST) tərəfindən təşkil olunur. Konfrans Azərbaycan Milli İncəsənət Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Bülbülün Memorial Muzeyi və “Az-Granata” şirkətinin dəstəyi ilə keçiriləcəkdir.

Konfransın açılış mərasimi 10 oktyabr tarixində Azərbaycan Xalça Muzeyində baş tutacaq. Konfransda Azərbaycan, Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Livan, Niderland, Yaponiya, ABŞ, Hindistan, Misir, Çexiya, Gürcüstan, Türkiyə olmaqla, 14 ölkədən 42 nümayəndə iştirak edəcək.

Tədbirdə iştirak etmək məqsədilə  ICOM-un prezidenti Suay Aksoy Bakı şəhərinə ilk dəfə olaraq səfər etmişdir.

Səfər çərçivəsində oktyabr ayının 9-da Suay Aksoy Azərbaycan Respublikası Mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşmüşdür.

Görüş zamanı son dövrdə Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi tərəfindən ölkədaxili, regional və beynəlxalq səviyyədə konfransların, seminarların təşkili barədə müzakirə aparılmışdır. Buna misal olaraq Bakıda təşkil olunmuş “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” seminarı, ICOM-un Arxeologiya və Tarix Muzeylər Komitəsinin illik konfransı misal gətirilmişdir.

Qeyd edilən konfransda Tarixi ev muzeyləri üzrə beynəlxalq komitənin iştirakı vurğulanmış və komitənin iş prinsiplərinin, keçirdiyi tədbirlərin böyük maraq doğuracağı müzakirə edilmişdir. Konfransın ev-muzeylərinin yeni iş metodları, yeni yanaşmalar ilə tanış olmasına, xarici muzey işçiləri ilə sıx əlaqələr qurmasına imkan yaradacağı vurğulanmışdır. Azərbaycanda fəaliyyət göstərən görkəmli şairlərin, yazıçıların, rəssamların, bəstəkarların ev muzeyləri barədə məlumat verilmişdir.

Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları beynəlxalq komitəsinin fəaliyyəti tekstil və xalça sənəti ilə sıx bağlı olduğundan onun fəaliyyəti həmişə diqqət mərkəzində olduğu bildirilmişdir. Xalça Azərbaycan xalqının həyatında çox önəmli yer tutduğuna görə bu komitənin işinin olduqca böyük önəm kəsb etdiyi müzakirə edilmişdir.

 Eyni zamanda respublikada fəaliyyət göstərən muzeylərin assosiasiyalar qismində Beynəlxalq Muzeylər Şurasına daxil edilməsi və muzeylər arası əməkdaşlığın daha da geniş şəkildə aparılması müzakirə edilmişdir. Suay Aksoy Beynəlxalq Muzeylər Şurasında yeni yaradıcalaq komitələrə azərbaycanın muzey mütəxəssislərinin cəlb olunmasını vacib hesab etdiyini vurğulamışdır.

 

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi