Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4092

Bakıda ilk zooparkın yaradılmasından 90 il ötür

Dekabr ayında Bakı şəhərində ilk zooparkın (heyvanat parkı) yaradılmasının 90 ili tamam olur. Şəhərdə keçən əsrin əvvəlindən başlayaraq heyvanat parkının yaradılması üçün müxtəlif cəhdlər olub, kiçik kolleksiyaları ilə fərqlənən özəl zooloji sərgilər (zoosirklər) fəaliyyət göstərib. Həmçinin 1928-ci ilin dekabrından Bakı şəhərinin keçmiş Lunaçarski, indiki Nizami parkında bir guşə kimi zoobağ fəaliyyətdə olub. Bu tarix heyvanat parkının yaradılma tarixi kimi qəbul edilir.

Müxtəlif zamanlarda məkanı dəyişdirilərək genişləndirilən zoopark 80-ci illərə qədər Bayıl qəsəbəsində bir hektar sahədə fəaliyyət göstərib. 1982-ci ildə həmin ərazidə torpağın sürüşmə təhlükəsi nəzərə alınaraq indiki yerinə köçürülüb və sahəsi bir hektardan çox artırılıb. Zooparkın gələcək inkişafını təmin etmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2001-ci ildə burada ərazi artırılaraq 4,25 hektara çatdırılıb.

Hazırda Bakı Şəhər Heyvanat Parkı xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri siyahısına daxil edilərək qorunur. Park 1995-ci ildən 18 ölkədən 70-dək zooloji parkın daxil olduğu Avrasiya Regional Zooparklar və Akvariumlar Assosiasiyasının üzvüdür və bu heyvanat parkları ilə geniş əməkdaşlıq əlaqələri qurulub.

1995-ci ilə qədər Bakı zooparkında 60 növ və 200 baş heyvan nümayiş olunurdu. Ötən illər ərzində burada heyvanlar aləmi daha da zənginləşdirilib. Balıqlar üçün akvarium, sürünənlər üçün terrarium, qırqovulların nümayişi üçün fazanarium ekspozisiyası yaradılıb.

Hazırda parkda 151 növə aid 1240-ə yaxın heyvan mühafizə olunur. Heyvanat parkı əhalinin istirahət yeri olmaqla yanaşı, uşaqların canlılara, təbiətə və ətraf mühitə münasibətinin formalaşmasında mühüm rol oynayır. Digər tərəfdən, zooparkda nəsli kəsilməkdə olan bir çox nadir heyvan növlərinin canlı genofondunun saxlanılmasını təmin edilir və çoxaldılaraq təbiətə buraxılır.

Hal-hazırda Bakı şəhər Heyvanat parkında Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə tam yenidənqurma və rekonstruksiya işləri aparılır.

Heyvanat Parkının 90 illik yubileyi ilə əlaqədar olaraq 14 dekabr tarixində “Açıq qapı” günü elan edilmiş və bu gün zoopark hər kəs üçün pulsuz fəaliyyət göstərir. Qeyd edək ki, bununla əlaqədar zooparka gələn ziyarətçilərin sayı artmışdır.

Yubileylə əlaqədar Bakı şəhər Heyvanat parkında tədbir keçirilmiş, Mədəniyyət Nazirliyinin təbrikləri çatdırılmış və kollektivə gələcək fəaliyyətində uğurlar arzulanmışdır.  

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb