Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2311

Bakıda IV Beynəlxalq Turizm Filmləri Festivalı keçirilir

Noyabrın 15-də Nizami Kino Mərkəzində IV Bakı Beynəlxalq Turizm Filmləri (BBTFF) Festivalının başlanması münasibətilə mətbuat konfransı keçirildi.
Mətbuat konfransında festivalın münsiflər heyətinin rəhbəri Can Saracoğlu, “Salnamə” studiyasının direktoru Nazim Hüseynov və Turizm Filmləri Festivalları Beynəlxalq Komitəsinin (CIFFT) direktoru Aleksandr Kammel iştirak edirdi.

Nazim Hüseynov çıxış edərək bildirdi ki, festivalın əsas məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı ekran işlərinin müəlliflərini həvəsləndirməkdir.

Qeyd olundu ki, festivala film qəbulu oktyabrın 1-də başa çatıb. Bu müddət ərzində 70 ölkədən 424 film festivalın seçim komissiyasına qəbul edilib. Komissiya bu filmlər arasında seçim apararaq müsabiqə proqramını müəyyən edib və 40 ölkədən 84 film müsabiqəyə qəbul olunub. Azərbaycan festivalda “ölkə, region, şəhər” kateqoriyasında “Azərbaycan. Ecazkar diyar”, “Bakı. Əsrlərin aynasında”, “Azərbaycanın ruhu” və “Vulkanın nəfəsi” filmləri ilə təmsil olunur.

Bildirildi ki, festivala təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Turizm Filmləri Festivalları Beynəlxalq Komitəsinin direktoru Aleksandr Kammel bildirdi ki, festival müxtəlif ölkələrdən rejissorların bir araya gətirilməsi və təcrübə mübadiləsi üçün mühüm imkanlar açır. Festivalın artıq ənənəyə çevrilməsi də Azərbaycanın həm turizm potensialının tanıdılması, həm də kino sənayesinin inkişafına öz töhfələrini verir: “Bakıda keçirilən Beynəlxalq Turizm Filmləri Festivalına böyük maraq var. Bunu festivala qatılmaq üçün təqdim olunan filmlərin sayı da sübut edir. Film şöləni bu il üçün Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin dəstəyi ilə təşkil olunan sonuncu festivaldır. Bundan sonra il ərzində turizm filmləri festivallarında uğur qazanan ilin ən yaxşı turizm filmləri Vyanada “Qran pri” mükafatının təqdim olunması üçün “Festivallar festivalı”nda da yarışacaqlar”.

Aleksandr Kammel belə tədbirlərin ölkələrin və xalqların bir-birini daha yaxından tanımasına xidmət etdiyini vurğuladı.

Münsiflər heyətinin rəhbəri Can Saracoğlu festivalın Azərbaycanın turizm potensialının daha geniş coğrafiyada tanıdılmasına təkan verəcəyini dedi. Qeyd etdi ki, turizm filmləri festivalı dünyanın 18 ölkəsində keçirilir: “Qardaş Azərbaycanın da belə bir festivala ev sahibliyi etməsi bizim üçün çox sevindirici haldır. Festivalda biri-birindən maraqlı filmləri görə biləcəyik. Düşünürəm ki, gələcəkdə bu festivalın əhatəsi genişlənəcək, təqdim olunan filmlərin keyfiyyəti daha da yüksələcək”.
Mətbuat konfransının iştirakçıları jurnalistlərin suallarını cavablandıraraq festivalın böyük perspektivləri olduğunu vurğuladılar. Bildirildi ki, təqdim olunan filmlərin bədiiliyi, rejissor işi və turizm baxımından informasiyalılığı qiymətləndiriləcək. 

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı il gerçəkləşən Bakı Beynəlxalq Turizm Filmləri Festivalı Avstriyanın Vyana şəhərində fəaliyyət göstərən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.

Budəfəki festivalda müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı,  seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında mübadilələr həyata keçirəcək. Dünyanın onlarla ölkəsinin qatıldığı bu festival ölkəmizin turizm potensialının dünyaya tanıdılmasında mühüm rol oynayacaq.

Münsiflər heyətinə Azərbaycandan Rafiq Quliyev, Ülkər Mütəllimova, Türkiyədən Can Saracoğlu, Polşadan Eva Kotus, Gürcüstandan Zurab Dvali daxildir.

Festivala 5 kateqoriya üzrə (ölkə, region, şəhər; mədəniyyət, ənənə; reklam filmləri; ekoloji turizm və digər turizm növləri və TV məhsulları) filmlər təqdim olunub. Hər kateqoriya üzrə ilk üç yeri tutan ekran əsərləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallara, diplom və pul mükafatlarına layiq görüləcək. Festivalın ən yaxşı filminə isə “Qran pri” təqdim olunacaq. Yerli filmlər eyni zamanda milli mükafat uğrunda da mübarizə aparırlar.

Festivalın təşkilati işlərini “Salnamə” studiyası həyata keçirir. Festivalla bağlı daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək olar.

Noyabrın 18-dək davam edəcək festivala xarici ölkələrdən 20-dək qonaq dəvət olunub.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib