Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2576

Bakıda növbəti Beynəlxalq Caz Festivalı keçirilir

Oktyabrın 14-də Bakıdakı “Elektra Events Hall”-da növbəti Beynəlxalq Caz Festivalının açılış mərasimi keçirildi. Festival Mədəniyyət Nazirliyi, “Jazz dünyası” jurnalı, “A+A Events” şirkəti və “The Landmark Hotel Baku”nun təşkilatçılığı ilə gerçəkləşir.

Açılış mərasimində festivalın əhəmiyyətindən söz açıldı, ölkəmizdə il ərzində müxtəlif musiqi festivallarının keçirildiyi vurğulandı. Caz sənətinin tarixindən bəhs olunaraq müasir Azərbaycan musiqi mədəniyyətinin mühüm istiqamətinə çevrilən cazın Bakıda ötən əsrin 20-30-cu illərindən yayılmağa başlandığı bildirildi. Qeyd olundu ki, görkəmli sənətkarlar Tofiq Quliyev və Niyazi 1940-cı ildə ilk caz orkestrini yaradırlar. Bu kollektiv qısa zaman ərzində peşəkarlığı və gözəl ifası ilə populyarlıq qazanır. Respublikamızda caz sənətinin ən yüksək inkişaf dövrü isə 1950-1960-cı illərə təsadüf edir. Bu dövrdə gənc klarnet ifaçısı Tofiq Əhmədov caz əsərlərini ifa edərkən milli musiqi ladlarından istifadə edir, onların üzərində işləyərək orkestr üçün kompozisiyalar yaradırdı. Bununla yanaşı, Qara Qarayev, Niyazi, Tofiq Quliyev və Rauf Hacıyevin dəstəyi ilə Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı yaşanır. “Qaya” kvarteti, Rafiq Babayevin kollektivi və nəhayət, Vaqif Mustafazadə dövrü başlanır. Vaqif Mustafazadə Şərq muğamını Qərb dinləyicisi üçün anlaşılan dildə, yəni caz ruhunda, yurdunun dinləyiciləri üçün isə cazı doğma, onlara yaxın olan muğam dilində çatdıraraq sevdirdi. 70-ci illərin sonu - 80-ci illərin əvvəlində “Qızıl payız” festivalları, Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş “Bakı 83” festivalı keçirildi. Bu dövrdə Bakı artıq caz mərkəzlərindən biri kimi məşhurlaşmışdı.

Hazırda ölkəmizdə caz musiqisinin öz dinləyici auditoriyası və pərəstişkarları var. Azərbaycanda yüksək istedadı və ifa səviyyəsi ilə milli caz sənətində rolu olan musiqiçilər yetişib. Həmin ifaçılar beynəlxalq caz festivallarında Azərbaycanı layiqincə təmsil edirlər. 2002-ci ildən başlayaraq Bakıda hər il müxtəlif təşkilatlar tərəfindən festivallar keçirilir və dünya caz musiqisinin təmsilçiləri azərbaycanlı ifaçılarla bir səhnəni bölüşürdülər. 2009-cu ildən isə Bakı Beynəlxalq Caz Festivalı Mədəniyyət Nazirliyi tərəfindən keçirilməyə başlanılıb. Bu illər ərzində festivalda dünya cazının məşhur simaları iştirak ediblər.

Daha sonra konsert proqramı başladı. Tanınmış Britaniya soul-ifaçısı və bəstəkar Omar Lye-Fuk çıxış etdi. İfaçını caz janrının Britaniya neo-soul istiqamətinin “atası” adlandırırlar. Müxtəlif müsabiqə və festivalların iştirakçısı olan musiqiçinin ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Qeyd edək ki, oktyabrın 28-dək davam edəcək festival çərçivəsində oktyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində hazırda xaricdə yaşayan məşhur bakılılar – populyar pianoçu Leonid Ptaşka və virtuoz gitaraçı Həsən Bağırov çıxış edəcək. “Rotunda Jazz Club” (Landmark) səhnəsində 14 ölkədən gəlmiş qruplar cazın müxtəlif janrlarında öz ustalıqlarını nümayiş etdirəcəklər. Əfqan Rəsul, Elvin Bəşirov, Nurlan Abdullazadə (Azərbaycan), Laura Poldvere (Estoniya), Jan-Kristof Şoletin triosu (Fransa), “Music, music, music” qrupu (İsveç), Uv Steinmetz (Almaniya), Can Cankaya və Kağan Yıldız (Türkiyə), Martin Saleminin triosu (Belçika), Xelqe Leinin triosu (Norveç), “Kodaly Spicy Jazz” qrupu (Macarıstan), Mişel Pippokuino (Braziliya), Ruben Xainin triosu (Hollandiya), Qreqori Maret – Kristi Daşel qrupu (ABŞ), habelə Norveç caz orkestri açıq məkanda çıxış edəcəklər. Axşam konsertlərindən sonra adlı-sanlı cazmenlərin və gənc ifaçıların iştirakı ilə cem-seyşnlər təşkil olunacaq.

Festival çərçivəsində gənc caz ifaçılarının ənənəvi beynəlxalq müsabiqəsi keçiriləcək, rəssam Cəmalə Rəhmanlının “Azərbaycan caz qüllələri” sərgisi, kino tənqidçisi Ülvi Mehdinin “Caz janrının klassikası”nın təqdimatı olacaq və kinoprokat yenilikləri barədə məlumat veriləcək.

XƏBƏRLƏR

25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel