Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1506

Bakıda Novosibirsk Filarmonik Kamera Orkestrinin konserti olub

Sentyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Əyyub Quliyevin idarəçiliyi ilə Novosibirsk Filarmonik Kamera Orkestrinin (Rusiya) konserti olub.

Konsert “Gilan Hospitality” şirkətinin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Rusiyanın Novosibirsk vilayətinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilib. Proqramda Azərbaycanda ilk dəfə səslənən əsərlər – Rodion Şedrinin “Concerto Iolanta” altıncı fortepiano konserti, Giya Kançelinin “Daneliada”, Arvo Pyartın “Fratres”, habelə Firəngiz Əlizadənin “Metamorfozalar” əsərləri yer alıb.

V.A.Mosartın, P.Çaykovskinin və Q.Qarayevin orkestr üçün əsərləri də ifa olunub. Solist kimi Rusiyanın Əməkdar Artisti, Novosibirsk Filarmonik Kamera Orkestrinin konsertmeysteri Yuliya Rubina və beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu Riad Məmmədov çıxış ediblər. R.Məmmədov Rodion Şedrinin konsertini Bakıda ilk dəfə ifa edib.

Novosibirsk vilayətinin mədəniyyət nazirinin müavini Yevgeni Sazonov müsahibəsində deyib: “Biz Azərbaycandan olan həmkarlarla bütün müstəvilərdə əməkdaşlığı inkişaf etdirmək istəyirik. Novosibirsk vilayətində kifayət qədər festival və müsabiqə keçirilir və biz bu mədəniyyət tədbirlərində Azərbaycandan nümayəndələri görmək istərdik. Novosibirskdə Azərbaycan mədəniyyətini və dilini təbliğ edən ictimai təşkilat - Rusiya-Azərbaycan Evi fəaliyyət göstərir. Bizim flaqmanımız isə musiqi sahəsində əməkdaşlıqdır. Bayançalan duetimiz bu yaxınlarda Bakıda olub. Bu gün kamera orkestrimiz çıxış etdi. Bizim daha geniş formatda əməkdaşlıq etmək planlarımız var”.

Y.Sazonov qeyd edib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı Novosibirskdə geniş tanınır və novosibirskli musiqiçilər bu festivalda iştirak etmək dəvətini məmnuniyyətlə qəbul edirlər.

Qeyd edək ki, Novosibirsk orkestri sentyabrın 20-də Əyyub Quliyevin idarəçiliyi ilə Sumqayıtda da çıxış edəcək.

Xatırladaq ki, sentyabrın 18-dən 26-dək Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilir.

 

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb