Balakən rayon Heydər Əliyev Mərkəzi və Nizami adına şəhər 1 saylı tam Orta Məktəbin birgə təşkilatçılığı ilə 7 noyabr 2018-ci il tarixində Rayon Heydər Əliyev Mərkəzində 9 Noyabr - Bayraq Günü ilə əlaqədar “Bayrağımız, vüqarımız, fəxrimizdir” başlığı altında tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Mərkəzin əməkdaşı Səbinə Eminayeva Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında - yeniyetmə, gənc və yaşlılarda yüksək vətənpərlik duyğuları aşıladığını çıxışında qeyd etmişdir.
Daha sonra Nizami adına şəhər 1 saylı məktəbin tarix müəllimi öz çıxışında bayrağımızın milli qürur mənbəyi, üçrəngli bayrağın milli birliyin təcəssümü olduğunu qeyd etdi.
Daha sonra “Bayraq altında” filmi nümayiş olundu.