Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi əhalinin mədəni istirahətinə xüsusi diqqət ayırır
Əhalinin mədəni istirahətini daima diqqət mərkəzində saxlayan Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi bu dəfə də ənənələrinə sadiq qalıb. Belə ki, Regional İdarənin təşkilatçılığı ilə davam edən tədbirlərdən biri də Regional İdarənin Bərdə rayon nümayəndəliyində baş tutub. Belə ki, Heydər Əliyev adına park-bulvar kompleksində baş tutan tədbirdə Kolayır kənd uşaq musiqi məktəbinin kollektivi öz məharətini nümayiş etdirib. Onu da qeyd edək ki, tədbir böyük izləyici marağına səbəb olub. Rəvan Yaşazadənin ifa etdiyi “Azərbaycan” mahnısı ilə start götürən tədbir daha sonra Zibər Zamanovanın repertuarında "Şəfqət bacısı”, Flora Kərimova “ Xatırla məni”, Ərəstun Əliyev “Xatırlayarsan”, Firdovsi Məmmədov “O dəftərə məni də yaz” və bir sıra digər tanınmış incəsənət ustalarının ifa etdiyi şən və şux musiqi nömrələri ilə davam edib.
Tədbirdə rayon sakinləri, yerli, o cümlədən xarici turistlər də iştirak edib.
Təşkil olunan silsilə tədbirlər Regional İdarə tərəfindən bundan sonrada davamlı olaraq təşkil olunacaq.