Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1726

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən konsert proqramı təşkil edilib

Yay turizm mövsümünün davamı olaraq rayona təşrif buyurmuş turistlərin o cümlədən yerli əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Ulu Öndər Heydər Əliyevin adını daşıyan park bulvar kompleksində rəngarəng konsert proqramı təşkil edib.

Öncə tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Validə Nabatova Regional idarənin bununla bağlı həyata keçirilən tədbirlər planından və qarşıda duran digər layihələrdən söz açıb. Çıxışını davam etdirən V.Nabatova bölgədə turizmin  inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən və bu sahəyə dövlət tərəfindən göstərilən  qayğıdan danışıb.

Konsert proqramı Regional idarənin təşkilatçılığı və  Divanlı kənd uşaq musiqi məktəbinin kollektivinin iştirakı ilə baş tutub. Bununla yanaşı  tədbirdə digər tanınmış incəsənət ustaları da iştirak edib. Tədbirdə bir-birindən gözəl xalq mahnıları, təsniflər və rəngarəng ifalar səsləndirilərək turistlərin və yerli əhalinin mədəni istirahəti təmin olunub. Rəhman Kamalaovun ifasında “Xalq Heydər söyləyəcək” mahnısı ilə start götürən tədbir Elşad Bağırov “Mahur təsnifi”, Yaşar Əkbərov “Segah təsnifi, Firdovsi Məmmədov “Şur təsnifi” ilə davam edib. Həmçinin tədbirdə çıxış edən gənc ifaçıların səsləndirdikləri musiqi nömrələri tədbirə daha bir rəng qatıb.

Keçirilməkdə olan tədbirlər planın davamı olaraq bu tipli tədbirlər bundan sonra da digər istirahət və əyləncə parklarında, hərbi hissələrdə, uşaq əyləncə mərkəzlərində də davamlı olaraq keçiriləcəkdir.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb