Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
289

Bərdədə əhalinin asudə vaxtının səmərəli keçirməsi və istirahəti üçün konsert proqramları təşkil olunurBərdədə əhalinin asudə vaxtının səmərəli keçirməsi və istirahəti üçün konsert proqramları təşkil olunur

Bərdə Regional Mədəniyyət İdarəsi əhalinin yay istirahətini və asudə vaxtını səmərəli keçirməsi üçün müxtəlif tədbirlər, konsert proqramları təşkil edir. Regional idarənin tabeliyində olan mədəniyyət müəssisələri istirahət və əyləncə parklarında, hərbi hissələrdə, kəndlərdə və köçkün şəhərciklərində mütəmadi olaraq tədbirlər keçirir, əhaliyə musiqi çələngi ilə dolu gözəl anlar yaşadırlar.

Növbəti konsert proqramı rayonun Qaradəmirçi kəndində baş tutub. Bərdə rayon Mədəniyyət Mərkəzinin Qaradəmirçi kənd klub filialı tərəfindən təşkil edilən konsert sakinlərin marağına səbəb olub. Regional İdarənin rəis müavini Validə Nabatova çıxış edərək, əhalinin asudə vaxtının səmərəli təşkili üçün hazırlanan tədbirlər planından, bu barədə görülmüş işlərdən söz açıb, iştirakçılara xoş istirahətlər arzulayıb.

Şən musiqi nömrələri ilə davam edən konsertdə təqdim olunan muğam və təsniflər, bəstəkar və xalq mahnıları kənd sakinlərində xoş ovqat yaradıb.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb