Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2627

“Beynəlxalq abidələr və tarixi yerlər” günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi “Beynəlxalq abidələr və tarixi yerlər” günü münasibətilə regional idarənin tabeliyində olan mədəniyyət müəssisələrində silsilə tədbirlər təşkil edib.

18-i dünyada “Beynəlxalq abidələr və tarixi yerlər”  günü kimi qeyd olunur.

Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində nə qədər dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsindədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir.

Dünya xalqlarının keçmişi, həyat tərzi onun tarixi abidələrində və yerlərində təcəssüm olunur. Nələrsə bu günümüzə bütöv gəlib çatıb, nələrdənsə xarabalıqlar qalıb, nələrsə öz izini yalnız nağıllarda, əfsanələrdə saxlayıb. Bunun da təbii fəlakətlər, müharibələr, “bərpa” adı altında məqsədli dəyişmələr, dağıdılma və nəhayət, zaman kimi səbəbləri var.

Ölkəmiz dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticəsində Azıx mağarasından tapılmış və azıxantrop adlandırılan qədim insanın çənə sümüyü Azərbaycanın dünyada ən qədim ibtidai məskənlərindən biri olmasını sübut edir. Qobustanda aşkar edilmiş yaşayış məskənləri bu ərazidə ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir.

Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.

İçərişəhər memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. bir xalq öz tarixi keçmişi ilə tanınır. Tarixi vərəqlədikcə xalqımızın necə bir ulu xalq olduğunu görüb fərəhlənir, mədəniyyətimizin çox böyük dövrləri əhatə etdiyinin şahidi oluruq. Qürur hissi ilə qeyd etməliyik ki, dünyanın nəhəng ölkələri ilə müqayisədə ərazimiz nə qədər kiçik olsada zəngin mədəniyyətimiz daim diqqət mərkəzində olmuşdur.

Azərbaycanın ilkin yaşayış yerlərindən, qədim mədəniyyət mərkəzlərindən biri də tarixin özü qədər qocaman Bərdə şəhəridir. O Bərdə ki, 500 il ölkənin baş şəhəri, paytaxtı olmuşdur. O Bərdə ki, adı şərqin ulu və möhtəşəm şəhərləri ilə bir sırada çəkilərək Reylə, Bağdadla müqayisə olunmuşdur.

Dəfələrlə yadellilərin hücumlarına məruz qalmasına baxmayaraq Bərdə şəhərinin tarixi, mədəniyyət abidələri bu günümüzə qədər gəlib çatmışdır.

Sözü gedən əlamətdar gün Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Bərdə rayon nümayəndəliyində geniş şəkildə qeyd edilib.

1322-ci ilə dövrünün məhşur memarı Əhməd İbn Əyyub Əl Hafiz Naxçıvani tərəfindən inşa edilmiş və ölkə prezidentinin müvafiq sərəncamı ilə yenidən əvvəlki görkəminə qaytarılmış məhşur “Allah-Allah” türbəsində keçirilən tədbirdə əlamətdar gündən, şəhərin zəngin tarixə malik olmasından geniş söz açılıb, konsert proqramı təşkil edilib.

“Tariximiz keçmişdən gələcəyə” devizi altında keçirilən tədbir Bərdə şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin rəsm sinfinin şagirdlərinin açıq havada çəkdikləri rəsm əsərlərinin sərgisi ilə başlanıb. Tədbiri giriş sözu ilə regional idarənin məsləhətçisi Validə Nabatova açaraq Bərdə rayonunda olan tarixi abidələr haqqında ətraflı məlumat verib, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Bərdə türbəsinin yenidən bərpa olunmasından, 2018-ci ilin mart ayında Prezidentin Bərdəyə səfəri zamanı türbədə olaraq aparılmış təmir-bərpa prosesi ilə yaxından tanış olmasından bəhs edib.

Çıxış edən Bərdə Turizm İnformasiya mərkəzinin mütəxəssisi  Rüstəm İslamlı rayonda və regionda yerləşən zəngin tarixi abidələrin turizm potensialının inkişafındada danılmaz rolu olduğunu qeyd edib. Sonda isə o, babalarımızdan bizə miras qalan bu tarixi abidələri, dünənimizdən bu günümüzə işıq salan bu sənət incilərini qoruyub saxlamaq, yaşatmaq və gələcək nəsillərə çatdırmağın hər birimizin vətəndaşlıq borcu olmasını vurğulayıb.

Daha sonra çıxış edən Bərdə rayon Tarixi abidə mühafizəçisi Sevinc Qasımova isə keçmişimizi unutmamağa və zəngin tariximizi təbliğ etməyə səsləyib. Tədbir sonda Bərdə rayon Mədəniyyət Mərkəzinin və şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin təşkil etdiyi konsert proqramı ilə davam edib. 

Növbəti tədbir regional idarənin Yevlax şəhər nümayəndəliyində qeyd edilib. Tədbirdə Yevlax şəhər Heydər Əliyev Mərkəzi, Yevlax şəhər Tarix-Diyarşünaslıq muzeyi, Yevlax şəhər abidə mühafizəçiləri iştirak edib. Tədbir zamanı Yevlax şəhərinin zəngin tarixindən söz açılaraq bunun gənc nəsillərə tanıdılması sahəsində mədəniyyət müəssisələrinin fəaliyyətindən danışılıb.

 Yevlax şəhəri Azərbaycanın Aran bölgəsində yerləşir və bu ərazidə xeyli sayda tarixi abidələr, memorial abidələr, kurqanlar mövcuddur.

Belə tarixi abidələrdən biri də Ərəş yaşayış yeridir. Yevlax şəhərinin ərazisinin bir hissəsini Ağdaş, Mingəçevir şəhərinin isə tam ərazisini əhatə edir. XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrildikdən sonra 1795-ci ildə Ərəş sultanlığı ləğv edilib və mahal olaraq xanlığa qatılıb. Hal-hazırda ərazi dövlət tərəfindən mühafizə edilir və qorunur.

Sözü gedən tədbirlərdən biri də Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Tarix muzeyində keçirilib.

“Məhv olmuş abidələr” adlı dəyirmi masada  çıxış edən muzeyin direktoru Nofər Məmmədəliyev dünya abidələri və Qarabağda əsirlikdə qalmış abidələr haqqında geniş məlumat verib.

Mingəçevir şəhər abidə mühafizəçisi Lalə Məmmədova Mingəçevir şəhərindəki abidələr haqqında danışıb və  tədbir iştirakçıları ilə dioloq aparılıb.

Daha sonra “Məhv olmuş abidələr” başlığı altında  mühazirə oxunub və Dünya  abidələrini və Qarabağda əsirlikdə olan abidələri əks etdirən video çarx nümayiş etdirilib.

Sonda eyni adlı sərgiyə baxış keçirilib.

Silsilə tədbirlərdən biri də  Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilib.   “Tarixi abidələrin qorunması və mühafizəsi hər bir vətəndaşın borcudur” mövzusunda  tədbir təşkil olunan tədbirdə zəngin tariximizdən söz açılıb və bu sahədə dövlətin uğurlu siyasətindən danışılıb. 

Tədbiri giriş sözü ilə Heydər  Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev açaraq 1983-cü ildən etibarən 18 aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər  Günü” kimi qeyd olunmasını qeyd edib. O, bildirib ki, ümumiyyətlə, İslamdan əvvəl və sonra ölkəmizin ərazisində qiymətli abidələr inşa olunub. Orta əsrlərə aid abidələr (Möminə Xatun, Qarabağlar, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və s.) nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir.

Sonda tədbir iştirakçılarına Mingəçevir şəhərində olan abidələrə aid video-çarx nümayiş olunub.

Qeyd edək ki, silsilə tədbirlər regional idarənin tabeliyində olan Tərtər rayon nümayəndəliyində də qeyd edilir.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!