Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1757

Beynəlxalq Muğam Mərkəzində “Bizi birləşdirən mədəniyyət” layihəsinin canlı yayımları  davam edir

Beynəlxalq Muğam Mərkəzindən "Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində canlı yayımlar davam etməkdədir. Belə ki, ötən həftə BMM –dən layihənin 3 canlı efiri yayımlanmış və tamaşaçılar eləcə də sosial şəbəkə izləyicilər tərəfindın maraqla izlənilmişdir.

Uşaqların müdafiə günü ilə əlaqədar hazırlanan xüsusi canlı efirdə musiqi məktəblərinin istedadlı şagirləri çıxış edərək azərbaycan musiqi mədəniyytinin sabahının parlaqlığını nümayiş etdirmişlər. Növbəti günlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti efirin qonağı olmuş, universitetin rektoru, professor Ceyran Mahmudova təhsil ocağının fəaliyyətindən söz açmışdır. Həmin gün universitetin tələbələri maraqlı konsert proqramı ilə cıxış etmişlər.

Xalq artisti Zəhra Quliyeva, violin ifaçısı Osman Mustafazadə də həftə ərzində canlı efirin qonağı olublar. Xalq artisti onlayn dərslər və tələbələrinin uğurları ilə bağlı düşüncələrini bölüşüb.

Əməkdar artist , rejissor Nicat Kazımov, ifaçılar Pərvin Lətifov və Aydan Rüstəmzadə də canlı efirin qonaqları sırasında olublar. 

BMM-nin solisti, V Muğam Televizya Müsabiqəsinin qalibi Nisbət Sədrayeva  “Bizi birləşdirən mədəniyyət” efirində sənətə gəlişi, musiqi təhsili və muğam sənəti ilə bağlı düşüncələrini bölüşüb. Həmin gün Aviasiya işçilərinin peşə bayramı da canlı efir vasitəsilə təqdim olunub. 5 iyun Şairlər günündə Xalq artisti ADMİU-nin Muğam kafedrasının müdiri Teyyub Aslanov və  Əməkdar artist Azad Şükürovun qonaq olduğu canlı efir unudulmaz şair Mikayil Müşfiqə həsr edilib. Qonaqlar  Müşfiq həyatı və yaradıcılığından söz açıb, tələbələrin ifasında şairin şeirləri və sözlərinə bəstələnmiş mahnılar ifa edilib.

BMM-nin solistləri və Muğam Televiziya müsabiqəsinin qaliblərinin iştirak etdiyi həftəiçi buraxılışlarda həm milli musiqi həm də klassik musiqilərə yer verilib.

Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin “Facebook” səhifəsindən də təqdim edilir.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib