Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
554

Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı efir Xalq artisti Arif Babayevə həsr olunub

Beynəlxalq Muğam Mərkəzindən birbaşa yayımlanan "Bizi birləşdirən mədəniyyət" layihəsinin növbəti buraxılışı ustad xanəndə, Xalq artisti, professor Arif Babayevin yaradıcılığına həsr olundu.

Verilişdə yazıçı-dramaturq İlqar Fəhmi və Milli Konservatoriyanın prorektoru, professor Lalə Hüseynova xaənəndənin yaradıcılığından və muğam sənətinin inkişafına verdiyi töhfələrdən söz açdılar. Diqqətə çatdırıldı ki, şeir, sənət ocağı, istedadlar diyarı  qədim tarixə malik Qarabağ torpağı Azərbaycanın bir sıra görkəmli alimlərinin, yazıçı və şairlərinin, mədəniyyət və incəsənət xadimlərinin məskənidir. Azərbaycanın Qarabağ bölgəsində zəngin ənənəyə malik olan xanəndəlik sənəti şərəfli tarixi inkişaf yolu keçmişdir. Bu sənətin layiqli nümayəndələri olan ustad xanəndələr Azərbaycan muğamlarını, təsnif və mahnılarını şifahi şəkildə nəsildən-nəslə ötürərək müasir dövrümüzədək gətirib çatdırmışlar. Məhz xanəndələr nəsli muğam ustadlarının zəngin irsini qoruyub saxlamaqla yanaşı, həm də ondan bəhrələnmiş və bu xəzinəyə öz yeni töhfələrini bəxş etmişlər. Onların hər biri Azərbaycan milli musiqi mədəniyyətində dərin izlər qoymuşdur. Belə sənətkarlardan biri də Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı professor Arif Babayevdir. Vurğulanıb ki,  sənətkar öz yaradıcılığında nəinki gözəl xanəndə kimi, həm də bir pedaqoq kimi geniş fəaliyyət göstərən muğam ustadıdır. Verilişdə “Şöhrət” və “İstiqlal” ordenli  xanəndənin sənət yolu mərhələli şəkildə təhlil olunub.

Xanəndənin tələbələri Əməkdar artistlər Elnur Zeynalov, Sevinc Sarıyeva, xanəndə Gülay Zeynallı xanəndənin repertuarından muğam və təsniflər təqdim ediblər. İfaçıları Əməkdar artistlər Elçin Həşimov(tar), Elnur Əhmədov (kamança) , Kamran Kərimov (nağara) müşayiət edib.

Qeyd edək ki, "Bizi birləşdirən mədəniyyət" layihəsinin çəkilişləri  BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin "Facebook" səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur.

XƏBƏRLƏR

21.09.2020 15:48
Azərbaycan və Özbəkistan arasında keçirilən xalq simli musiqi alətləri ifaçılarının müsabiqəsi başa çatıb
21.09.2020 15:13
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
21.09.2020 15:04
“Əbdürrəhim bəy Haqverdiyev 150” adlı elektron baza istifadəçilərə təqdim edilib
21.09.2020 14:24
Anar Kərimov Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın seçki komissiyasının yaradılması haqqında əmr imzalayıb
21.09.2020 10:30
Astarada tanınmış bəstəkar Oqtay Kazıminin xatirə lövhəsinin açılışı olub
21.09.2020 09:51
Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib
19.09.2020 17:43
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib
18.09.2020 18:16
“İrsimiz Məsuliyyətimizdir” layihəsinə start verilir
18.09.2020 17:20
Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib
18.09.2020 16:41
“Güllələnmiş heykəllər” ziyarət olunub
18.09.2020 16:37
Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli Çıraqqalada aparılan bərpa işləri ilə tanış olub
18.09.2020 15:50
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
18.09.2020 15:45
Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi qeyd olunub
18.09.2020 14:33
Musiqi Mədəniyyəti Dövlət Muzeyi Milli Musiqi Günü münasibətilə tədbir keçirib
18.09.2020 12:32
Milli Məclisin Mədəniyyət komitəsinin iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov iştirak edib
17.09.2020 14:19
Milli Musiqi Günündə “O olmasın, bu olsun” yenidən nümayiş ediləcək
17.09.2020 11:32
Mədəniyyət Nazirliyinin ictimaiyyətə müraciəti geniş maraq doğurub
16.09.2020 16:39
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri mükafatlandırıldı
16.09.2020 14:44
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyi münasibəti ilə sənədli film hazırlanır
16.09.2020 09:37
Özbəkistan mətbuatında qədim və orta əsrlərdə Azərbaycan-özbək xalqları arasındakı əlaqələrə dair məqalə dərc olunub
16.09.2020 09:29
“Öncə Vətəndir” adlı onlayn fotoplakat sərgisi açılıb
16.09.2020 09:27
Özbəkistan portalı Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi abidələrin dağıdılması ilə bağlı məqalə yayıb