Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2564

Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin Bakıda 33-cü Ümumdünya Konfransı keçiriləcəkdir

Azərbaycan mədəniyyətinin ayrılmaz qolu olan musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Musiqi yaradıcılığı nəsildən-nəslə ötürülərək inkişaf etmiş, təkmilləşmiş  və zənginləşmişdir.

Klassik Azərbaycan musiqi sənətinin inkişafında müstəsna xidmətləri olan Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahi şəxsiyyətlər uzun illər sahənin inkişafı üçün dəyərli töhfələrini vermişlər.

Ölkə rəhbərliyinin mədəniyyətə olan yüksək diqqət və qayğısı nəticəsində Azərbaycan muğamı (2008), Azərbaycan aşıq sənəti (2009), Tar və onun ifaçılıq sənəti (2012) YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Azərbaycan musiqi sənətinin dünya musiqi arenasına inteqrasiyasının təmin edilməsi məqsədilə bir çox beynəlxalq mədəni tədbirlərə ev sahibliyi edən ölkəmizdə hər il Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Bakı Beynəlxalq Caz Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı və digər əhəmiyyətli tədbirlər keçirilir. Göstərilənlərdən əlavə Bakıda təşkil edilmiş “Eurovision 2012” mahnı müsabiqəsi beynəlxalq musiqi auditoriyasının ölkəmizə marağının daha da artmasına  səbəb olmuşdur.

Son illər ərzində təşkil olunan mötəbər tədbirlər dünya musiqi ictimaiyyətinin diqqətindən kənarda qalmamış və növbəti beynəlxalq tədbirin - Beynəlxalq Musiqi Təhsili Cəmiyyəti (İnternational Society for Music Education – ISME) tərəfindən təşkilatın 33-cü Ümumdünya Konfransının 15-20 iyul 2018-ci il tarixində Bakı şəhərində keçirilməsi qərara alınmışdır.

Musiqi təhsili üzrə dünyanın müxtəlif ölkələrindən 500-dən çox mütəxəssisin iştirak edəcəyi konfrans Bakı şəhərinin Heydər Əliyev Sarayında, “Hilton Baku” mehmanxanasında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında təşkil ediləcəkdir.

 

33-cü Ümumdünya Konfransının əsas tədbirləri aşağıdakılardır:

  • Ümumdünya Konfransının açılış mərasimi - 16 iyul 2018-ci il, saat 18.00,  Heydər Əliyev Sarayı;
  • Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinovun çıxışı - 17 iyul 2018-ci il, (saat 12.00),  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (Opera zalı);
  • Konfrans çərçivəsində “Turkic Session” adlı xüsusi tədbir - 17 iyul 2018-ci il, (saat 13.30),  Azərbaycan Milli Konservatoriyası (Konsert zalı);
  • Ümumdünya Konfransının bağlanış mərasimi - 20 iyul 2018-ci il, (saat 16.00),  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (Opera zalı).

 

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi