Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı arasında əməkdaşlıq barədə niyyət protokolu imzalanmışdır
18 aprel 2018-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi ilə
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı arasında əməkdaşlıq barədə niyyət protokolu imzalanmışdır. Niyyət protokolunu Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən idarənin rəisi Elçin Hüseynov, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı tərəfindən isə teatrın direktoru Tofiq Heydərov imzalamışlıar.Tədbiri giriş sözü ilə Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elçin Hüseyov açaraq tədbir iştirakçılarına tədbirin mahiyyəti barədə məlumat verərək bildirmişdir ki, əməkdaşlıq barədə bağlanmış müqavilə regional idarənin əhatə etdiyi rayonlarda xalq teatrları və bədii özfəaliyyət teatr kollektivlərinin fəaliyyətinin inkişafına təkan verəcək, yeni-yeni kollektivlərin yaranmasına kömək edəcəkdir.
Tədbirdə teatrın direktoru Tofiq Heydərov çıxış edərək bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirmişdir.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başcısının müavıni Ləman Yüzbaşova, rayon ictimaiyyətinin nümayəndələri və mədəniyyət işçiləri iştirak etmişlər.
Sonda iştirakçılara Biləsuvar rayon Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət teatr kollektivi tərəfindən “Nəsimi” filimdən səhnələşdirilmiş bir hissə təqdim edilmişdir.
Tədbirdə iştirak edən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının rejissoru, əməkdar incəsənət xadimi Oruc Qurbanov gənc kollektivə öz tövsiyyələrini verərək uğurlar arzulamışdır.Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.