Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2318

Biləsuvarda mədəniyyət işçilərinin iştirakı ilə dəyirmi masa keçirilmişdir

Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən növbəti dəyirmi masa regionun mədəniyyət müəsissələrinin əməkdaşları üçün “Mədəniyyətin idarə olunmasının müxtəlif aspektləri: nəzəriyyə və təcrübə.” mövzusunda baş tutmuşdur.

Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının müavini Ləman Yüzbaşova iştirak etmişdir.

Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi  Elçin Hüseynov tədbiri giriş nitqi ilə açaraq iştirakçıları salamlamışdır. Daha sonra İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov mədəniyyətin müxtəlif istiqamətlər üzrə inkişaf tendensiyasından danışmış, kitabxanaların mədəniyyətin inkişafında rolu, müasir dövrdə muzeylərin üzərinə düşən vəzifələr barədə məlumat vermişdir. Sonra dəyirmi masanın gündəliyi ilə iştirakçıları tanış etmişdir.

“Muzey işçilərinin nəzəri və təcrübü biliklərinin inkişafı” mövzusu ilə Azərbaycan Respublikası Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının müəllimi Elfira Məlikova, “Qeyri-maddi mədəni irsin sistemləşdirilməsi və təşviqi perspektivləri” mövzusunda Bakı Mühəndislik Universitetinin bədii yaradıcılıq bölməsinin müdiri Zəminə Axundova, “Azərbaycanda mədəni irsin qorunması və inkişafının hüquqi təminatı” mövzusunda mərkəzinin əməkdaşı Samirə Cəlilova, “Özfəaliyyətin sosial mahiyyəti və əsas sahələri” mövzusunda Bibiheybət mədəniyyət mərkəzinin əməkdaşı  Fəridə Babayeva, “Cəmiyyətin inkişafında kitab və kitabxanaların rolu” mövzusunda mərkəzin direktor müavini Nəzakət Rəhmanova, “Kitabxana işində innovasiyalar” mövzusunda tədris metodika kabinetinin müdiri Aygün Hüseynova,” İnformasiya cəmiyyətinin xüsusiyyətləri: elektron kitabxanalar, elektron kataloq” mövzusunda isə Ədliyyə Akademiyasının İnformasiya resursları şöbəsinin rəisi Ruhiyyə Məmmədova çıxış etmişlər.

Dəyirmi masada Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Mərkəzi Kitabxana Sisteminin, muzey və mədəniyyət mərkəzlərinin işçiləri iştirak etmişlər. Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanmış və çıxışlar dinlənildikdən sonra mövzular ərtafında fikir mübadiləsi aparılmışdır.

Sonda Rayon İcra Hakimiyyətinin nümayəndəsi tədbirdə müzakirə olunan məsələlərin aktuallığından və vacibliyindən danışmış, məruzəçilərə və iştirakçılara öz təşəkkürünü bildirmişdir.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi