Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1519

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Bişkek şəhərinə səfəri çərçivəsində Fondun üzv dövlətlərinin Qırğızıstandakı səfirləri ilə görüşlər keçirmişdir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Bişkek şəhərinə səfəri çərçivəsində Fondun üzv dövlətlərinin Qırğızıstandakı səfirləri ilə görüşlər keçirmişdir.

Türkiyənin Qırğızıstandakı səfiri Mətin Kılıç ilə görüş zamanı türkdilli xalqların mədəni irsinin qorunması və təbliğ edilməsi məqsədilə Fondun gördüyü iş və layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanmış, Türkiyə ilə gələcək əməkdaşlıq istiqamətləri qarşılıqlı şəkildə müzakirə edilmişdir.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov ilə keçirilmiş görüşdə Fondun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təsis edildiyi, eləcə də Fondun fəaliyyət göstərməsi üçün Azərbaycanın aktiv rolu  qeyd edilmiş, türkdilli xalqların tarixi-mədəni irsinin mühafizəsi, eyni zamanda Türk dünyasının birliyi naminə birgə tədbir və layihələrin reallaşdırılması ilə əlaqədar dəstək bildirilmişdir.

G.Əfəndiyeva Qazaxıstanın Qırğızıstandakı səfiri Aimdos Bozjigitov ilə də görüşmüşdür. Görüş zamanı Türk dünyasına xas mədəniyyətin, irsin daha da təbliğ edilməsinin və dünyaya tanıdılmasının  vacibliyi qeyd edilmiş, Fondun bu istiqamətdə fəaliyyətinə və planlaşdırdığı layihələrinə dair dəstək ifadə edilmiş, Qazaxıstan ilə əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.  

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib