Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2395

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı cəbhə bölgəsinin sakinləri tərəfindən maraqla qarşılanıb

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı davam edir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik olan xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir. Layihənin yay mövsümündə keçirilməsi həm ölkəmizə gələn xarici qonaqlara, həm də yerli sakinlərə regionların rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmağa imkan yaradır.

İyulun 7-də cəbhə xəttində yerləşən Horadiz şəhərində bayram əhval-ruhiyyəsi hökm sürürdü. Festival çərçivəsində Muğam Mərkəzində təşkil olunan tədbirdə Horadiz sakinləri, eləcə də kənd və qəsəbələrdən gəlmiş füzulililər, rayonun qonaqları Mədəniyyət Nazirliyinin 15 regional idarəsi tərəfindən təşkil edilən sərgilərə maraqla baxıb, pavilyonlara baş çəkərək ayrı-ayrı bölgələrin mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri ilə yaxından tanış olublar.

Yaradıcılıq festivalında hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər, səsləndirilən şeirlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Füzuli sakinləri, müxtəlif şəhər və rayonlardan gəlmiş iştirakçılar - sənətkarlar, rəngarəng əl işlərini nümayiş etdirən ustalar festivalın təşkilindən razılıqlarını ifadə edib, bölgələrdə bu cür tədbirlərin keçirilməsinə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin təmsil edən Nazim Əzimov festivalın əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Festivalın keçirilməsi olduqca tədqirəlayiqdir. Çünki respublikamızın ayrı-ayrı bölgələri öz mədəniyyət nümunələrini təqdim edir, iştirakçılar hər bir bölgənin zəngin tarixi-mədəni irsi, adət-ənənələri, məişəti, incəsənəti ilə tanış olmaq imkanı qazanır. Əminəm ki, tədbir bölgələr arasında mədəni mübadilənin daha da dərinləşməsinə təkan verəcək, regionlararası yaradıcılıq əlaqələri daha da genişlənəcək”.

Ağcabədi Regional Mədəniyyət İdarəsini təmsil edən Namiq Həsənov isə deyib: “Ölkəmizin hər bir bölgəsi fərqli mədəniyyəti, incəsənət nümunələri ilə zəngindir. Bu rəngarənglik bizim ən böyük sərvətimizdir. Bu gün “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Qarabağ torpağında keçirilir. Qarabağ çox zəngin tarixi-mədəni irsə malikdir. Biz Ağcabədi Regional Mədəniyyət İdarəsi olaraq, festivalda müxtəlif maketlər, Qarabağın keçmişini və hazırkı dövrünü əks etdirən şəkillər, müxtəlif əl işləri ilə təmsil olunuruq. Təşkil etdiyimiz sərgi, həmçinin “Şur” ansamblının çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılandı”.

Füzuli rayon Əhmədalılar kənd sakini Xalisə Məmmədova festivalda iştirakından məmnunluğunu belə ifadə edib: “Tədbir olduqca maraqlı oldu. Bölgələrimizi təmsil edən sərgilərdə nümayiş olunan rəsmlər, suvenirlər, müxtəlif əl işlərini seyr etdikcə xalqımızın necə qabiliyyətli, zərif zövqlü olduğunu qürur hissi ilə düşündüm. İncəsənət kollektivlərinin konsert proqramından isə bütün iştirakçılar kimi mən də böyük zövq aldım. İnsanlara zövq verən, ruhun oxşayan, keçmişini və indisini tanıdan və xalqın mənəvi sərvətlərini dəyərləndirən belə gözəl tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm”

Qeyd edək ki, Masallı şəhərində start götürmüş, Lənkəran, Salyan və Sabirabadda davam etmiş “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı bu gün Ağdam rayonunun Quzanlı qəsəbəsində, sonra isə nazirliyin digər regional idarələrində davam edəcək. Beləliklə, layihə çərçivəsində ölkəmizin regionlarının mədəni irsi geniş şəkildə təqdim və təbliğ olunacaq.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib