Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3753

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Sumqayıt şəhəri oldu

Mədəniyyət Nazirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihəsi - “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı sona yaxınlaşmaqdadır. “100 illik tariximiz” devizi altında təşkil olunan festivala növbə ilə nazirliyin regional idarələri ev sahibliyi edir. Eyni zamanda, festivalın tədbirlərində nazirliyin 15 regional idarəsinin hər biri öz guşə-çadırı ilə təmsil olunur. Layihənin əsas məqsədi xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir.

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı avqustun 4-də Sumqayıt şəhəri  oldu. Şəhər sakinlərinin və qonaqların böyük coşqu ilə qarşıladığı festival maraqlı anlarla yadda qaldı. Sumqayıt şəhərində dənizkənarı bulvar ərazisində keçirilən tədbirdə yerli sakinlər, mədəniyyət işçiləri, respublikamızın bölgələrindən gələn qonaqlar əsl mədəniyyət bayramının şahidi oldular.

Bulvar ərazisində regional mədəniyyət idarələrinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin satış-sərgisi keçirildi.

Qonaqlar əvvəlcə 15 regional mədəniyyət idarəsinin təşkil etdiyi sərgi ilə tanış oldular. Bölgələrimizin mədəni zənginliyi, incəsənət nümunələri festivala gələnlər tərəfindən böyük maraqla qarşılandı.

Regional mədəniyyət idarələrinin təqdim etdikləri konsert proqramı da rəngarəngliyi ilə yadda qaldı. Folklor qruplarının, bədii özfəaliyyət kollektivlərinin ifasında təqdim edilən musiqi nömrələri, rəqslər şəhər sakinlərində və qonaqlarda xoş ovqat yaratdı.

Mərasimdə iştirak edənlər bölgələrin mədəni irsinin təbliği baxımından belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirdilər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov bildirdi ki, Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı ölkəmizin bütün regionlarını əhatə edən bir mədəniyyət hadisəsinə çevrilib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş bu festival artıq bir aydan çoxdur ki, davam edir. Festival bu gün də Sumqayıt şəhərinin qonağıdır. Burada ölkəmizin 15 regional mədəniyyət idarəsinə daxil olan rayonlar öz mədəni potensialını nümayiş etdirir. Bu, olduqca vacib mədəniyyət hadisəsidir”.

İdarə rəisi festivalın təşkil olunmasından danışaraq vurğuladı ki, bu layihə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ilə yanaşı, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə də təkan verəcək.

Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşı Validə Nabatova təşkil olunan sərgidə bölgənin fəal iştirak etdiyini bildirdi: “Mədəniyyət Nazirliyi bölgələrdə mədəniyyətin inkişafı üçün müxtəlif layihələr, tədbirlər keçirir. “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının da bu baxımdan önəmi böyükdür. Bir aydan çoxdur ki, festival keçirilir və biz də bu tədbirin fəal iştirakçısıyıq. Burada regionumuzu əhatə edən rayonlarda hazırlanan müxtəlif sənət nümunələri, sənətkarların əl işləri nümayiş olunur. Tədbirə gələn yerli sakinlər, şəhərin qonaqları da sənətkarlıq nümunələri, əl işləri ilə maraqlanırlar. Nümayiş olunan əl işlərindən alanlar da olur”.

Festivala qatılan Sumqayıt şəhər sakinləri də tədbiri maraqla izləyirdilər. Şəhər sakini Akif Hüseynəliyev deyir ki, festivalda ölkəmizin bütün rayonlarının iştirakı, onların nümayiş etdirdikləri sənətkarlıq nümunələri, eyni zamanda, musiqi qruplarının çıxışı onda xoş təəssürat oyadıb. Belə festivalların davamlı olaraq keçirilməsini arzulayan şəhər sakini tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi.

Qeyd edək ki, iyunun 25-də Masallı şəhərində başlanan festival yekunlaşmaq üzrədir. Festival Lənkəran, Salyan, Sabirabad, Füzuli rayonunun Horadiz şəhəri, Ağdamın Quzanlı qəsəbəsi, Göyçay, Mingəçevir, Göygöl, Naftalan, Oğuz, İsmayıllı və Qusarda da keçirilib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi