Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1581

Əbülfəs Qarayev İndoneziyanın mədəniyyət və təhsil nazirinin başlıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Sentyabrın 13-də mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan İndoneziyanın mədəniyyət və təhsil naziri Mühacir Əfəndinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Qonaqları səmimiyyətlə salamlayan Əbülfəs Qarayev iki ölkə arasında mövcud olan əlaqələrdən danışdı. Bildirdi ki, Azərbaycan-İndoneziya əlaqələri, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də uğurla inkişaf edir. İndoneziya səfirliyi son illərdə ölkəmizdə müxtəlif mədəniyyət festivalları keçirir, mədəni tədbirlər təşkil edir. Bu da xalqlarımız arasında münasibətlərin güclənməsinə müsbət təsir edir.

Nazir ölkəmizin İslam dünyası ilə əlaqələrə xüsusi önəm verdiyini qeyd edərək dedi ki, Azərbaycan və İndoneziya beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir.

Sentyabrın 11-dən 16-dək Bakıda İndoneziya mədəniyyət festivalı keçirildiyini deyən Əbülfəs Qarayev mədəni əlaqələrin inkişafı baxımından bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi, ölkələrimiz arasında dostluq münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirdi.

İndoneziyanın mədəniyyət və təhsil naziri Mühacir Əfəndi ölkəmizdə olmaqdan məmnunluğunu ifadə etdi. Nazir ölkəsinin Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğuladı.

İkitərəfli əməkdaşlıqdan bəhs edən nazir bu prosesin son illərdə daha da dərinləşdiyini bildirdi. O, həmçinin İndoneziya ilə Azərbaycan arasında mövcud iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olundu.

XƏBƏRLƏR

25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel