Əbülfəs Qarayev “Rossotrudniçestvo”nun Azərbaycandakı Nümayəndəliyinin rəhbərini qəbul edib
1808
12.11.2018
12.11.2018 03:53
12 noyabr tarixində mədəniyyət naziri Əbülfəs Qarayev “Rossotrudniçestvo”nun
(Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan soydaşlar və beynəlxalq humanitar əməkdaşlıq işləri üzrə Federal Agentlik) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Valentin Denisovu qəbul etdi.Görüşdə Mədəniyyət Nazirliyi ilə nümayəndəlik arasında əməkdaşlıqdan məmnunluq ifadə edildi, əməkdaşlığın perspektivləri müzakirə olundu.
V.Denisov nümayəndəliyin fəaliyyəti, həyata keçirilən layihələr barədə məlumat verdi.
Sonda V.Denisov səmimi qəbula görə təşəkkürünü bildirdi.