Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1954

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında detektiv yazıçı Elxan Elatlı ilə görüş keçirildi

21 fevral 2018-ci il tarixində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin birlikdə təşkil etdiyi detektiv yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Elxan Elatlı ilə görüş keçirildi.

Tədbiri giriş sözü ilə Kitabxananın direktoru Tahir Sadıqov açaraq,  Elxan Elatlının detektiv janrda yazdığı romanlar, hekayə və povestlərin minlərlə oxucu tərəfindən sevilə - sevilə oxunmasından və hər birinin ayrı-ayrılıqda böyük tərbiyəvi əhəmiyyət daşıdığından danışdı.

Tədbirdə çıxış edən  Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov çıxış edərək qeyd etdi ki,bu tədbirdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları ilə birlikdə  Tarix – Diyarşünaslıq  Muzeyinin fond mühafizə işçiləri və bir çox rayon MKS-lərin xidmət şöbəsinin əməkdaşlarıda iştirak edir.  Ona görədə təbliğat baxımından bu tədbirin əhəmiyyəti böyükdür. O çıxışında 2016-2017 ci ilin ən çox oxunan yazıçısına uğurlar arzuladı.

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin kitabxana müdiri Validə Hacıyeva yazıçının əsərləri haqqında qısa icmal verərək  bildirdi ki, Elxan Elatlının indiyədək işıq üzü görən 25 kitabından  4-ü şeir, 2-si riyazi məntiq, 1 qəhrəmanlıq romanı və qalanları detektiv nəsr əsərləridir.

 “Yeni nəşrlər” jurnalının baş redaktoru və yayım assosasiyasının rəhbəri Yaşar Zeynalov Elxan Elatlının “Cəhənnəmdən gələn səs” və Qisas gecəsi” əsərlərində Xocalı soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilmiş həmyerlilərimizin və Milli Qəhrəman Mübariz İbrahimovun taleyindən bəhs edən əsərlərindəki vətənpərvərlikdən danışdı.

Tədbirdə həmçinin Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin işçiləri,Yardımlı rayon MKS-in kompyuter mütəxəssisi Alışov Rizvan, Quba rayon MKS-in əməkdaşı Əliyeva Samirə,Abşeron rayon Tarix –Diyarşünaslıq Muzeyinin baş fond mühafizəçisi Gülçin Əfəndiyeva və başqaları iştirak edirdilər.

Tədbir Elxan Elatlının “Oxucu sevgisi mənim üçün ən böyük mükafatdır” sərgisinə baxışla sona çatdı.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi