Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1308

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Milli Qurtuluş,- Müasir Azərbaycanın inkişafının başlandığı tarix” adı altında dəyirmi masa keçirildi

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 11 iyun 2018-ci il tarixdə Milli Qurtuluş gününə həsr olunmuş “Milli Qurtuluş,- Müasir Azərbaycanın inkişafının başlandığı tarix”  adı altında dəyirmi masa keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin  səsləndirilməsindən sonra başladı.

Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb qeyd etdi ki, ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə əsas məqsədi müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir.  Həqiqətən də Heydər Əliyevin  yenidən hakimiyyətə qayıdışını  Azərbaycan xalqının milli qurtuluşu, milli xilası kimi qiymətləndirmək olar.

Yasamal rayonu Ağsaqqallar Şurasının üzvü Rafiq Cavadov bildirdi ki,  Heydər Əliyev bizim dahi müasirimiz, Azərbaycanın tarixi inkişaf prosesinə təkan verən,  taleyin xalqımıza bəxş etdiyi böyük  şəxsiyyətdir. Rafiq Cavadov çıxışında  Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından qabaq ölkədə yaranan hərc-mərclikdən danışıb dahi rəhbərin çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldığını, milli qurtuluşumuzun zəfər yürüşünün əsasını qoyduğunu xüsusi vurğuladı.
BDU-nun beynəlxalq münasibətlər  fakültəsinin tələbəsi Alişan Qulaməliyev   çıxış edərək bildirdi ki, Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub.  

Kitabxanaçı Sona Yaqubova müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyevin  yaratması, 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdışının  xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olması haqqında danışdı.

BDU-nun beynəlxalq münasibətlər  fakültəsinin tələbəsi Dinara Əliyeva bildirdi ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru, düzgün  yolla yalnız irəliyə aparacaqdır.

Kitabxanaçı Şəlalə Cəfərli bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin  formalaşmasından danışıb  bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyətə malik olduğunu  qeyd etdi.

BDU-nun beynəlxalq münasibətlər  fakültəsinin  tələbələri Səltənət Namazova, Turan Bayramov, Alişan Qulaməliyev, Dinara Əliyeva,  Kənan Məmmədov   Milli Qurtuluş günü münasibətilə  ədəbi kompozisiya ilə çıxış etdilər.

Tədbir boyu Milli Qurtuluş gününə həsr olunmuş video çarx  nümayiş edildi.    

Tədbirin sonunda “Azadlığa gedən yol” adlı kitab sərgisinə baxış keçirildi.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib