Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1972

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Qanlı yanvar” mövzusunda tədbir keçirilib

       Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 16 yanvar 2018-ci il tarixində 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Qanlı yanvar” mövzusunda tədbir keçirildi.

       Tədbir Azərbaycanın suverenliyi, ərazisinin toxunulmazlığı uğrunda  şəhid olanların əbədi xatirələrinin  bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.

       Giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov bildirdi ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə   “20 yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”  təsdiq edilib. Sərəncama əsasən respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarında, mədəniyyət ocaqlarında  20 yanvar hadisələri ilə bağlı tədbirlərin təşkili nəzərdə tutulur. Həmçinin, dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndələri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi barədə tapşırıqlar verilib. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da 1990-cı ildən bu günədək hər il 20 yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirir. Çünki, bu bizim müqəddəs vətəndaşlıq borcumuzdur.

        Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva çıxışında qeyd etdi ki, biz həmişə şəhid ailələrinin dərdinə şərik olmalı, onların problemlərini həll etməliyik. 20 yanvar faciəsinə həsr olunan tədbirlər mütləq Şəhidlər Xiyabanında şəhidlərin müqəddəs ruhları yad edildikdən sonra başlamalıdır.

        Şair Şahlar Baba 20 yanvar faciəsinin tarixindən, əsas səbəbkarlarından  danışandan sonra o qanlı günə həsr etdiyi şerlərini oxudu.

         Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri Aqşin Babayev yanvar ayının19-dan 20-nə keçən gecə baş verən faciənin canlı şahidi olmasından, faciə törədilməzdən qabaq dəfələrlə  o vaxt Azərbaycana rəhbərlik edən Əbdürrəhman Vəzirovla görüşməsindən, Azərbaycan Televiziyasının enerji blokunun partladılmasından danışdı. Bildirdi ki, 20 yanvar faciəsinə “Dünyanın axırı” adlı kitab həsr etmişdir.

       Tədbirdə həmçinin, Azərbaycan-İraq Mədəni Əlaqələr ictimai birliyinin sədri Tahirə Məmmədova, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Mehriban Abdullayeva, “Respublika Veteranlar və Ağsaqqallar Şurası”nın üzvü Sevil İsrafilova, “Ziya” İnsan Hüquqlarının Müdafiə Mərkəzinin sədri   Səyyad Bayramov, Respublika Ağsaqqallar Şurasının üzvü, “Ağrı Dağ” cəmiyyətinin sədri   Kamil Babayev,  Azərbaycan-Ukrayna diplomatik korpusunun Krım bölgüsü üzrə poçt müxbiri Fərid Əliyev, iki şəhid atası Ənvər Rüstəmov, şairlər Zaməddin Ziyadoğlu, Məhərrəm Şəmkirli,  Ağdam rayonunun məcburi köçkünü Fəxrəddin Rəcəbov,  “Dünya  Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə  Dəstək”  ictimai  birliyinin  sədri  Tofiq  Əlizadə də iştirak edirdilər.

        Tədbir boyu  20 yanvar faciəsini əks etdirən slaydlar nümayiş olundu.

        Tədbirin sonunda “20 yanvar- Qəhrəmanlıq tarixi” adlı kitab sərgisinə baxış keçirildi. 

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb