Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
215

“Çıxışa doğru” verilişi tanınmış simaların çıxışı ilə tamaşaçılara xoş anlar bəxş edəcək

Karantin günlərində hər birimizin evində bir–birindən maraqlı layihələrlə “qonaq” olan və tamaşaçılara mədəniyyətin müxtəlif sahələrini əhatə edən verilişlər təqdim edən AzTV yenə də öz ənənəsinə sadiqdir. Belə ki, bu gün saat 16:30-da canlı olaraq efirə gedəcək “Çıxışa doğru” verilişi öz tanınmış qonaqları ilə yenə də insanlara xoş anlar bəxş edəcək. Proqramın qonaqları “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov və görkəmli muğam ifaçısı, Xalq artisti Mənsum İbrahimov olacaq.

Efirdə ölkəmizdə karantin elan edilən ilk gündən “Mədəniyyət” kanalı vasitəsilə yayımlanan canlı verilişlər və layihələrin mədəniyyətimizin inkişafındakı rolundan söz açılacaq.

Qeyd edək ki, ölkəmizdə karantin elan edilən ilk günlərdən “Mədəniyyət” kanalı “Gələcəyini düşün, #Evdə qal” aksiyasına start verib. Bütün mədəniyyət müəssisələrinin qoşulduğu layihələrə, xüsusilə “Evdə qal, musiqisiz qalma” layihəsinə “Mədəniyyət” kanalı dəstək olub. Layihə çərçivəsində musiqi xadimləri evlərindən çəkdikləri videolarla öz musiqi töhfələrini tamaşaçılara ərməğan ediblər.

Bundan əlavə, “Bizi birləşdirən Mədəniyyət” verilişi saat 19:00-da həftəiçi 6 gün Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlanaraq mədəniyyətin müxtəlif mövzularını əhatə edən qonaqlarla tamaşaçıların görüşünə gəlib. BMM-nin solistləri muğam ustadları, Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayevə həsr olunmuş buraxılışlarda, “Mədəniyyət” kanalının “Əbədiyaşarlarımız” layihələrində görkəmli xanəndələrin repertuarından ifalar təqdim ediblər. Həmçinin milli alətlərimizə həsr olunan efirlərdə BMM-nin solistlərinin çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

“Mədəniyyət” kanalının dəstəyi, BMM–nin təşkilatçılığı ilə artıq bir neçə ildir ki, “Unudulmayanlar”, “Muğam axşamları”, “Milli musiqi alətlərimiz”ə həsr olunan layihələr həyata keçirilir və davam etdirilir. Karantin günlərində öz fəaliyyətini onlayn olaraq davam etdirən BMM-nin layihələri bu gün də “Mədəniyyət” kanalının dəstəyi ilə ictimaiyyətə təqdim olunur. Bu layihələr sırasında milli musiqi alətlətimizə həsr olunan “Mühazirələr”, “Muğam axşamları” konsertləri və görkəmli xanəndələrin həyat və yaradıcılığına həsr olunan mühazirələri misal çəkə bilərik.

Qeyd etmək yerinə düşərdi ki, “Çıxışa doğru” efirinin qonağı olan Xalq artisti Mənsum İbrahimov dəfələrlə sadalanan layihələrin iştirakçısı olaraq öz məlahətli ifaları ilə yanaşı, həm də muğam sənətimizlə bağlı düşüncə və tövsiyələrini gənc ifaçılarla bölüşüb.

“Mədəniyyət” kanalı bu müddət ərzində “Bizi birləşdirən mədəniyyət” layihəsi üzrə “Musiqi dərsi”, “Evdə öyrən”, “Azərbaycan aşıqları”, “XX əsr Azərbaycan operetta inciləri”, “Opera dünyası”, “Sərhədsiz musiqi”, “Muğam ustadları”, “Azərbaycan muzeyləri”, “Biz xalqın içindəyik”, “Bizim Bakı küçələri” kimi təqdimatlarını davam etdirib.

XƏBƏRLƏR

06.07.2020 14:19
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
06.07.2020 11:11
Beynəlxalq Muğam Mərkəzindən canlı yayım opera sənətimizin yaranmasına həsr olunub
03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir
24.06.2020 17:03
Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi bərpadan sonra istifadəyə verilib
24.06.2020 11:16
Açıq xarakterli mədəni konsaltinq xidmətləri davam edir
23.06.2020 12:32
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinin onlayn sərgisi açılıb
23.06.2020 10:11
“Birgə mütaliə” adlı layihə davam edir