Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
24073

“Dağlıq Qarabağ münaqişəsi zamanı məhv olmuş maddi və mənəvi mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında təbliğat işləri” adlı layihə həyata keçirilir

“Sosial İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Dağlıq Qarabağ münaqişəsi zamanı məhv olmuş maddi və mənəvi mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında təbliğat işləri” adlı layihəsi çərçivəsində Qusar və Quba rayonlarında tədbir  keçirmişdir. Keçirilən tədbirlərdə gənclər, Qarabağ müharibəsi iştirakçıları, rayon ictimaiyyətinin  nümayəndələri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Birliyin sədri Rahilə Mehtiyeva  bildirdi ki, layihənin məqsədi Dağlıq Qarabağ ərazisində olan və münaqişə zamanı məhv olmuş maddi və mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında məlumatların gənclər arasında daha geniş təbliğ etməkdən  ibarətdir. Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya əhəmiyyətli — 6 memarlıq və 7 arxeoloji, 292 ölkə əhəmiyyətli — 119 memarlıq və 173 arxeoloji və 330 yerli əhəmiyyətli — 270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi tarix və mədəniyyət abidələri qalıb. Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində mədəni irsi məhv etməyə yönələn siyasətinin bir hissəsi də bu ərazilərdə qalan muzeylərdə saxlanılan misilsiz tarixi eksponatları, qiymətli incəsənət və mədəniyyət nümunələrini talan etməsidir. Mədəniyyət və Turizm Nazirliyinin statistikasına görə, işğal olunmuş ərazilərdə 40 mindən çox eksponata malik olan 22 muzey qalıb. Bu muzeylərdən azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli eksponatlar talan edilib. Qədim sikkələr, qızıl və gümüş məmulatlar, nadir və bahalı daşlar, xalçalar və digər əl işləri ilə zəngin olan Kəlbəcər rayonunun Tarix muzeyi, Şuşa rayonunun Tarix muzeyləri, Ağdam rayonunun dünyada nadir olan Çörək Muzeyi, Qubadlı tarix-diyarşünaslıq muzeyi (3 mindən çox əşya), Zəngilan rayonunun tarix-diyarşünaslıq muzeyi (6 minədək əşya), daş abidələr muzeyi çərçivəsində və bir çox başqa muzeylər bura daxildir. Bu muzeylərin demək olar ki, heç birini xilas etmək, köçürmək mümkün olmayıb. Qeyd edilən tarixi əsərlər barədə birliyimiz böyüməkdə olan yeni nəsilə daha geniş maarifləndirici məlumatlar çatdırılması üçün belə tədbirlər həyata keçirir”.

Tədbirdə  eyni zamanda  işğal altında olan mədəniyyət və tarixi abidələr haqqında çap olunmiş kitabçalar da paylanıldı. Keçirilən tədbirlər çəçivəsində izlənilən Qarabağ tarixi məddəniyyət abidələrimizi əks etdirən qısametrajlı film təqdim olunması iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Tədbirdə  iştirak edən nümayəndələr çıxış edərək bildirdilər ki, ən böyük arzumuz torpaqlarımızın qaytarılmasını, öz dədə-baba yurdundan didərgin düşən bütün qaçqın və məcburi köçkünlərimiz  doğma yurdlarına qayıtmasını arzuladılar. Onlar QHT-lərə bu cür  layihələrə dəstək verdiyi üçün Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlıqlarını bildirdilər. Tədbir qarşılıqlı müzakirələrlə davam etdirildi.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb