Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1793

Daşkənddə “Odlar yurdunun naxışları” Azərbaycan xalçalarının daimi sərgi zalının açılışı olub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Odlar yurdunun naxışları” Azərbaycan xalçalaları sərgi zalının açılışı olub.

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda keçirilən bütün tədbirlərdə xalq sənətlərinin ən geniş yayılmış növü, Azərbaycan xalqının rəmzinə çevrilmiş xalça sənətini təbliğ edir, Özbəkistanın aparıcı kitabxanalarına “Azərbaycan xalçaları” “İrəvan xalaçaları” kitabları bağışlanır, Özbəkistanın aparıcı xəbər saytlarında çoxsaylı məqalələr dərc olunur.

Tədbir çərçivəsində öncə Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan xalçları, milli geyimlər, kəlağayılar və musiqi alətlərini özündə əks etdirən xüsusi kompozisiya ilə tanışlıq oldu.

Daha sonra isə Azərbaycan xalçaları mövzusunda bir sıra məruzələr təqdim olundu.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalaçaları haqqında məruzə edərək, xalq sənətlərinin ən geniş yayılmış növü olan xalça sənətinin Azərbaycan xalqının bədii təfəkkürünü, istedadını nümayiş edirdiyini və qədim Azərbaycan xalçaları barədə bir sıra mənbələrdə antik yunan tarixçilərin yazdıqlarını qeyd etdi. O, Azərbaycan dövlətinin milli mədəniyyətimizin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi işlər barədə məlumat verdi. Azərbaycan ərazisinin yüzdə 20 faizinin Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunduğunu, zəbt olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qaldığını, 22 muzeyin, 4 rəsm qalereyasının tamamilə işğalçılar tərəfindən məhv edildiyini bildirən diplomat, maddi-mədəni irsimizin, İslam irsinə aid abidələrin qarət edildiyini, Azərbaycanın qədim xalça məmulatlarının talançıların əlinə keçdiyini qeyd edib. Samir Abbasov Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr və 2010-cu ildə Azərbaycanın ənənəvi xalça sənətinin YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edildiyini vurğulayıb.

Digər çıxış edənlər Özbəkistanın Dövlət Tarix Muzeyinin direktoru professor Cənnət İsmayılova, Milli Elmlər Akademiyanın Əsaslı Kitabxanasının direktoru Zuxra Berdiyeva Azərbaycan xalqının istedadını, onun qədim tarixini, zəngin mədəniyyətini nümayiş etdirən və ən çətin əl işlərindən biri hesab olunan xalçaçılığın Azərbaycan xalqının vizit kartına çevrildiyini qeyd etdilər. Özbəkistanda da xalça sənətimizin alternativi olan ipək parçalar üzərində syuzannalar ilə oxşar və fərqli cəhətləri barədə məruzələr etdilər. Dünyada ilk dəfə olaraq Azərbaycanda yaradılan unikal xalça muzeyi haqqında fikirlərini bölüşdülər.

Özbəkistanda Azərbaycan xalçalarının tanıdılması və satışı ilə məşğul olan mütəxəssis-sahibkar Şəmsəddin Museyibzadə Azərbaycan xalçalarının rəngarəngliyi, özünəməxsusluğu, onu dünyaya sevdirən xüsusiyyələri barədə məruzə etdi. O, təmsil etdiyi təşkilat adından Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yeni yaradılan “Azərbaycan xalçaları” daimi sərgi zalına Qarabağ xalçasını hədiyyə etdi.

Tədbirdə Azərbaycanın əsrarəngiz xalça sənəti, onun qədim tarixi, ölkəmizin regionlarına xas xalçalar, onlarda əks olunmuş naxışlar və s. barədə ətraflı prezentasiya və videomaterial iştirakçılara təqdim olundu.

Daha sonra “Odlar yurdunun naxışları” Azərbaycan xalçalalarının daimi
sərgi zalının açılışı olub. Açılış lenti kəsildikdən sonra ölkəmizin 7 əsas xalçaçılıq məktəbini özündə əks etdirən, müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar nümayiş etdirildi.

Qeyd edək sərgi zalında nümayiş etdirilən Azərbaycan xalqının yaratdığı  Şirvan, Qarabağ, İrəvan, Dərbənt, Quba, Naxçıvan, Qazax-Borçalı və digər ərazilərdə əllə toxunulmuş xalçalar sərgiləndi.

Zaldakı sərgi stendində ümumilikdə Azərbaycan xalçaçılıq məktəbinə aid 20-ə yaxın qədim və unikal xalçalar nümayiş etdirilir və Azərbaycan xalça sənətini özündə əks etdirən kitab sərgisi, xalçaların əl ilə toxunulmasında istifadə olunan dəzgah sərgilənir.

Mədəniyyət Mərkəzində “Odlar yurdunun naxışları” Azərbaycan xalçalalarının daimi sərgisi qardaş ölkədə böyük marağa səbəb olub və yerli mətbuat açılışı geniş işıqlandırıb.

Tədbirin sonunda Özbəkistanın “Surxan” musiqi qrupu Azərbaycan və Özbək mahnılarını ifa edib, Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib