Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4085

“Dilçilik elmində Afad Qurbanov irsi” kitabının təqdimatı keçirildi

Yanvarın 10-da M.F.Axundzadə adına Milli Kitabxanada filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın “Dilçilik elmində Afad Qurbanov irsi” kitabının təqdimatı keçirildi.

Kitab görkəmli dilçi alim, türkoloq və ictimai xadim, müasir Azərbaycan əlifbasının müəllifi və onomastika elmi məktəbinin banisi, akademik Afad Qurbanovun (1929-2009) anadan olmasının 90 illiyinə həsr edilib.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə akademiyanın Dilçilik, Ədəbiyyat institutları, Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və digər elm, təhsil müəssisələrinin əməkdaşları iştirak edirdilər.

Əvvəlcə Afad Qurbanovun kitablarından ibarət sərgiyə baxış keçirildi. Sərgidə alimin Azərbaycan dilçiliyi, ümumi dilçilik və türkologiyaya dair dərslik və monoqrafiyaları, habelə barəsində yazılmış kitablar və müxtəlif vaxtlarda ona hədiyyə edilən nəşrlər nümayiş olunurdu.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbirdə çıxış edərək Afad Qurbanovun elmi axtarışlarından və insani keyfiyyətlərindən söz açdı: “Bu gün tanınmış bir insanın, həyatda gözəl iz qoyub gedən bir alimin işığına, eyni zamanda Afad Qurbanovun elmi yaradıcılığına işıq tutan bir kitabın təqdimatına toplanmışıq. İnsanı həyatda yaşadan onun özündən sonra qoyduğu izdir. Görkəmli alim onu həyatda yüz illərlə yaşadacaq bir irs yaradıb”.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Afad Qurbanovun həyat və yaradıcılığından söz açdı. Onun geniş elmi yaradıcılığı ilə Azərbaycan dilçiliyinin inkişafında mühüm xidməti olduğunu qeyd etdi. Bildirdi ki, adı dilçi korifeylərlə bir sırada çəkilən, sovet və ölkəmizin müstəqillik dövründə türk və Avropa dilçiləri tərəfindən orijinal elmi konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən Afad Qurbanov ömrünün 50 ilini Azərbaycan elminə, təhsilinə həsr edib. O, eyni zamanda fundamental əsərlər yaradan, alimliklə insanlığın vəhdətini özündə birləşdirən görkəmli türkoloqlarımızdan biri idi.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamanov qeyd etdi ki, Afad Qurbanov bir çox ölkələrin linqvistik və onomastik elmi cəmiyyət və təşkilatlarının həqiqi və fəxri üzvü seçilmişdi. Azərbaycan onomastika məktəbi Afad Qurbanovun adı ilə bağlıdır. Hazırda dilçiliyin bu sahəsində alimin onlarla yetirməsi çalışır.

Kitabın müəllifi, Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri və Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova nəşr haqqında məlumat verdi. Bildirdi ki, institutun Elmi şurasının qərarı ilə nəşr olunmuş monoqrafiyada Afad Qurbanovun çoxşaxəli elmi yaradıcılığından bəhs edilir.

Tədbirdə daha sonra AMEA-nın müxbir üzvü, tarixçi alim Vəli Əliyev, Dilçilik İnstitutunun əməkdaşı, professor İsmayıl Məmmədli, professor Nizami Xudiyev,  Xalq şairi Nəriman Həsənzadə, Pedaqoji Universitetin dekanı, professor Buludxan Xəlilov və başqaları çıxış edərək Afad Qurbanovun Azərbaycan elminə töhfələrindən söz açdılar, xatirələrini bölüşdülər.

Sonda alimin oğlu Ramin Qurbanov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb